Milli aviadaşıyıcı - “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəsmi tərəfdaşları və agentləri ilə görüş keçirilib.
AZAL-ın vitse-prezidenti Eldar Hacıyev aviaşirkətin, həmçinin ilk milli loukoster “Buta Airways”in qaydalarında dəyişikliklər və yeniliklər barədə danışıb. Turizm şirkətləri və satış üzrə agentliklərin istək və təklifləri dinlənilib.
Görüşdə, həmçinin Azərbaycan Turizm Assosiasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüşün yekunlarına əsasən AZAL-ın ən fəal tərəfdaşlarına hədiyyələr təqdim edilib, turizm agentləri beşliyinə isə adlı sertifikatlar təqdim olunub.