Gənc qırğız rejissoru Askar Nurakun oğlunun “Kinoman” qısametrajlı filmi Almaniyada uşaqlar üçün “Prix Jeunesse International” Beynəlxalq teleproqram və filmlər festivalının müsabiqə proqramına daxil edilib. 1964-cü ildə əsası qoyulan festival Münhen şəhərində 25-30 may tarixində keçiriləcək.
   Film ötən il Bişkekdə MDB ölkələrinin “Ümid” gənclər kino forumunda Qran-pri mükafatına, Polşanın Krakov, İsveçin Malmö şəhərlərində beynəlxalq festivallarda diplomlara layiq görülüb.
   Ekran əsərində kinoteatrda filmə baxmaq cəhdi puça çıxan balaca tamaşaçının başına gələn əhvalatdan bəhs olunur. İçəri buraxılmayan oğlan filmlərin səsini dinləməklə kifayətlənir. Lakin kinoya bəslədiyi məhəbbət və hadisələrin gedişi onu öz arzusuna çatdırır. 

Gülcahan Mirməmməd