Azərbaycan
   
   24 aprel 1866 - Yazıçı-publisist, maarif xadimi Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə (1866-1942) Şamaxıda doğulub. Teatr xadimləri haqqında xatirələr yazıb, rus yazıçılarından tərcümələr edib.
   24 aprel 1872 - Yazıçı-publisist, pedaqoq Ömər Faiq Nemanzadə (1872-1937) Gürcüstanda, Ahıska (Axalsıx) qəzasının Azqur kəndində anadan olub. "Şərqi-Rus" qəzetinin yaradıcılarından olub. Gürcüstanda və Azərbaycanda xalq maarifi sahəsində çalışıb, repressiya qurbanı olub.
   24 aprel 1902 - SSRİ Xalq artisti İsmayıl Osman oğlu Osmanlı (1902 - 22.6.1978) Şəkidə anadan olub. Akademik Dram Teatrında çalışıb. “O olmasın, bu olsun” (Rza bəy), "Mən ki gözəl deyildim" (Şərif), "Nəsimi" (Nəimi), "Yeddi oğul istərəm" (Kələntər) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   24 aprel 1945 - Əməkdar artist Elxan Məmməd oğlu Qasımov Naxçıvan şəhərində anadan olub. «Əhməd haradadır?», «Axırıncı aşırım» və s. filmlərdə çəkilib. «Qocalar, qocalar», “Köhnə bərə”, “Biz qayıdacağıq” filmlərinə quruluş verib.
   24 aprel 2011 - Xalq şairi, ədəbiyyatşünas Balaş Azəroğlu (Balaş Allahbaxış oğlu Abizadə; 11.11.1921 - 2011) vəfat edib. 40-a yaxın kitabın müəllifidir: “Yarpaqlar töküləndə”, “Sinəm Savalan dağıdır” və s.
   
   25 aprel 1905 - Ədəbiyyatşünas, şair, tərcüməçi Mikayıl Həsən oğlu Rəfili (1905 - 25.4.1958) Goranboy rayonunun Borsunlu kəndində doğulub. Rus dilindən ədəbi tərcümələr edib. “Səbuhi” filminin (1941) ssenari müəllifidir.
   25 aprel 1911 - Əməkdar artist Elmira Axundova (1911 - 26.11.1998) anadan olub. 
   25 aprel 1914 - Xalq artisti Məmməd İsmayıl oğlu Bürcəliyev (1914 - 25.11.1994) Şəkidə doğulub. Şəki, Gəncə teatrlarında çalışıb. “Dəli Kür”, “Gözlə məni” və s. filmlərdə çəkilib.
   25 aprel 1925 - Yazıçı, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Rüstəm oğlu Əliyev (1925-1994) Lerik rayonunun Kürdəsər kəndində anadan olub. "Torpağın ətri", "Dağlar oğlu" və s. romanların müəllifidir.
   25 aprel 1957 - Xalq artisti Həmidə Məmməd qızı Ömərova anadan olub. "Qızıl uçurum", "Anlamaq istəyirəm", "Yol əhvalatı”, "Qorxma, mən səninləyəm", "Nizami", "Doğma sahillər" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. 
   
   26 aprel 1908 - Görkəmli yazıçı, ədəbiyyatşünas, professor Mir Cəlal Əli oğlu Paşayev (1908 - 28.9.1978) Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olub. Kiçik yaşlarında ailəsi ilə Gəncəyə köçüb. Gəncə Müəllimlər İnstitutunu, Kazan Şərq Pedaqoji İnstitutunu bitirib, BDU-nun professoru olub. “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yaşıdlarım” romanlarının, povest və hekayələrin, “Azərbaycanda ədəbi məktəblər" monoqrafiyasının müəllifidir.
   26 aprel 1947 - Kinorejissor Gülbəniz Yusif qızı Əzimzadə (1947 - 7.12.2006) Bakıda anadan olub. Filmləri: "Nəğmə dərsi", "Dantenin yubileyi", "Ötən ilin son gecəsi", "İmtahan", "Qətl günü" və s. 
   
   27 aprel 1940 - Folklorşünas alim, professor Bəhlul Ağabala oğlu Abdulla (1940-2011) Lerik rayonunun Lələhiran kəndində anadan olub.
   27 aprel 1951 - Kamança ifaçısı, Əməkdar artist Ədalət Səfərəli oğlu Vəzirov (1951 - 5.10.2002) anadan olub.
   27 aprel 2007 - Məşhur violonçel ifaçısı, dirijor, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviç (27.3.1927, Bakı - 2007) Moskvada vəfat edib. Bir çox ölkələrin mükafatlarına, Azərbaycanın ən ali təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülüb.
   
   Dünya 
   
   24 aprel 1845 - İsveçrə yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1919) Karl Fridrix Şpitteler (Carl Friedrich Georg Spitteler; 1845-1924) anadan olub. Əsərləri: “Olimpiya baharı” (epik poema), “Prometey və Epimetey”, “Leytenant Konrad”.
   24 aprel 1942 - Tanınmış Amerika müğənnisi və aktrisası Barbra Streyzand (Barbra Joan Streisand) anadan olub. Filmləri: “Hello, Dolli”, “Gülməli qız” (“Oskar”, 1968), “Ulduzun doğuluşu” (“Oskar”, 1974), “İki qəlbin görüşü” və s.
   
   25 aprel 1940 - İtalyan əsilli Amerika aktyoru Al Paçino (Alfredo James Pacino) anadan olub. Filmləri: “Xaç atası” (Maykl Korleone), “Qadın ətri” (Frenk Sleyd - “Oskar” mükafatı), “Çapıqlı üz” (Toni Montan) və s.
   25 aprel 1928 - SSRİ Xalq artisti, tanınmış rus aktyoru Yuri Vasilyeviç Yakovlev (1928 - 30.11.2013) anadan olub. Filmləri: “İdiot”, “Qusar balladası”, “Xoş təsadüf və ya həmişə təmizlikdə”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.
   
   26 aprel Beynəlxalq əqli mülkiyyət günüdür (World İntellectual Property Day). 2000-ci ildə Dünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə təsis edilib.
   26 aprel 1798 - Fransız rəssamı Ejen Delakrua (Ferdinand Victor Eugene Delacroix; 1798-1863) anadan olub. Fransa inqilabından (1830) bəhs edən “Barrikadada azadlıq” rəsminin, “Xiosda qətliam” və s. tarixi tabloların müəllifidir. 
   26 aprel 1886 - Tatar ədəbiyyatının klassiki, şair və yazıçı Qabdulla (Abdulla) Tukay (1886 - 15.4.1913) anadan olub.
   
   27 aprel 1878 - Tacik milli ədəbiyyatının banisi, yazıçı və şair Sədrəddin Ayni (Səid-Muradzadə, 1878-1954) anadan olub. Özbək dilində də yazıb. Əsərləri: “Odina”, “Dohunda”, “Qullar”.
   27 aprel 1927 - Tanınmış rus aktyoru Yevgeni Morqunov (1927 - 25.6.1999) anadan olub. “I” əməliyyatı və Şurikin başqa macəraları”, “Qafqaz əsiri” və s. filmlərdə çəkilib.
   
   Hazırladı: Vüqar Orxan