Yasamal rayon MKS-nin Mərkəzi kitabxanasının təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində, filologiya elmləri doktoru, professor, şair Zahid Xəlillə oxucuların görüşü keçirilib.
   MKS-nin direktoru Vəfa Quliyeva tədbiri açaraq Zahid Xəlilin ədəbi fəaliyyəti haqqında məlumat verib. 
   Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılova, Uşaq şöbəsinin müdiri Sevil Namazova və digər çıxış edənlər Zahid Xəlilin yaradıcılığının məziyyətlərindən, şeirlərinin mövzu rəngarəngliyi, şairin müasir uşaq ədəbiyyatının formalaşmasında xüsusi rolundan bəhs ediblər.
   Tədbirin bədii hissəsində 158 saylı tam orta məktəbin 4-cü sinif şagirdləri şairin şeir və hekayələrindən ibarət səhnəciklər nümayiş etdiriblər. 
   Məktəbin ibtidai sinif müəlliməsi Soltanxanım Zeynalova və şagirdləri Mərkəzi kitabxananın adından fəxri fərman və təşəkkürnamələrlə təltif olunublar. 
   Sonda görüşün təşkilinə görə təşəkkürünü bildirən şair kitablarını kitabxanaya hədiyyə edib.