Türkmənistanın paytaxtı Aşqabadda "Musiqi sənətinin qədim mənbələri" adlı beynəlxalq elmi məclis və festival keçirilib. Türkmənistan Mədəniyyət Nazirliyinin təşkil etdiyi tədbirə 10-dan çox ölkədən alim və mütəxəssislər, musiqişünaslar qatılıb.
   Festival iştirakçıları - ifaçılar və folklor kollektivləri isə konsert proqramları ilə çıxış edib, gənc həmkarları - Türkmənistanın ali və orta ixtisas yaradıcılıq məktəblərinin tələbələri üçün ustad dərsləri keçiblər.
   İki gün davam etmiş beynəlxalq tədbir Məhtimqulu adına Milli Musiqili Dram Teatrında konsertlə başa çatıb. 

G.Mirməmməd