Məşhur estrada kvarteti iki yeni mahnı yazdırıb
   
   İsveçin məşhur ABBA qrupu 35 ildən sonra ilk dəfə iki yeni mahnı yazdırıb. Kvartet bu barədə “Instagram” hesabında məlumat yayıb.
   “Dördümüz də 35 ildən sonra səylərimizi yenidən birləşdirməyin maraqlı olacağını düşündük və bir araya gəldik. Bizə elə gəldi ki, bütün bu zaman ərzində heç nə dəyişməyib və biz qısa müddətliyə məzuniyyətə çıxmışıq. Ola bilsin, biz qocalmışıq, amma mahnı yenidir və bu, yaxşıdır!”, - deyə məlumatda bildirilir.
   Qeyd edək ki, ABBA qrupu 1972-ci ildə yaradılıb və 10 il fəaliyyət göstərib. Bu müddət ərzində qrup tarixin ən məşhur pop qruplarından birinə çevrilib.