Mayın 5-dən 17-dək İspaniyanın Barselona şəhərində ilk dəfə Türk filmləri festivalı keçiriləcək. Festival Türkiyənin Barselonadakı baş konsulluğunun dəstəyi və “Fimoteca de Catalunya” qurumunun ev sahibliyi ilə gerçəkləşəcək. Filmlər “Fimoteca de Catalunya”nın iki kino zalında nümayiş etdiriləcək.
Festivalın ilk günündə kinosevərlər Nuri Bilgə Ceylanın “Qış yuxusu” filminə baxa biləcəklər. Sonrakı günlərdə Seren Yücenin “Rüzgarda itirilən nilufər”, Mustafa Karanın “Qələndər soyuğu”, Fikret Reyhanın “Sarı isti”, Onur Saylakın “Daha”, Tolğa Qaraçeliyin “Sarmaşıq”, Senem Tüzenin “Ana yurdu”, Mehmet Eryılmazın “Qonaq” və Selim Evcinin “Gizlin” filmləri nümayiş olunacaq.
Gülcahan Mirməmməd