Azərbaycan Milli Konservatoriyasında ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş tədbir keçirilib.
   Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi tədbirdə çıxış edərək Heydər Əliyevin mədəniyyətimizə, incəsənətimizə olan böyük məhəbbətindən, bu sahənin inkişafı ilə bağlı mühüm xidmətlərindən danışıb.
   Rektor çıxışının sonunda ulu öndərin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Milli vokal kafedrasının tələbə gəncləri ilə birgə hazırladığı “Vokal inciləri” albomunu təqdim edib. 
   Albomda konservatoriyanın tələbələrinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri və həmin ifaların videogörüntüləri yer alıb.
   Tədbir konsert proqramı ilə davam edib. AMK-nın müəllimləri - əməkdar artistlər Anar Şuşalı, Zemfira İsmayılova, Təyyar Bayramov və istedadlı tələbə gənclərin ifasında səsləndirilən nəğmələr rəğbətlə qarşılanıb.