Vyanada “Theater Akzent” mədəniyyət evində Azərbaycan muğamlarından ibarət konsert təşkil olunub.
   “Könül” instrumental ansamblının müşayiəti ilə keçirilən konsertdə xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova və tanınmış xanəndə Fərəməz Gərmrudi çıxış ediblər.
   “Fərhəng” incəsənət və mədəniyyət təşkilatının dəstəyi ilə baş tutan sənət axşamında Azərbaycan muğamları və xalq mahnıları səsləndirilib.
   Konsertdə xanəndələri “Könül” instrumental ansamblının üzvləri - əməkdar artistlər Əliağa Sədiyev (tar), Elşən Mənsurov (kamança), Şirzad Fətəliyev (balaban, tütək, zurna) və Kamran Kərimov (nağara), həmçinin Fərid Babayev (bəm kamança), Qalib Haşımov (bəm tar), Hüsaməddin Əzizov (bəm nağara) müşayiət ediblər.