Mayın 31-də Heydər Əliyev Sarayında Azərbaycanın tanınmış bəstəkarı Ələkbər Tağıyevin mahnılarından ibarət konsert proqramı keçiriləcək.
   Proqramda müğənnilərin ifasında bəstəkarın hər zaman dinləyici rəğbəti qazanan mahnıları səslənəcək.
   Ələkbər Tağıyev musiqi mədəniyyətimizə “Azərbaycanım mənim”, “Şirin arzular”, “Sən gəlməz oldun”, “Dinə bilmədim”, “Bakı gecələri”, “Qonşu qız”, "Sənə qurban", “Azərbaycan oğluyam”, “Qəşəngdir” kimi bir çox sevilən mahnılar bəxş edib. Bu mahnıların bəziləri dəfələrlə xarici müğənnilərin repertuarına daxil olub.