Mayın 7-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Moskva Mərkəzi Musiqi Məktəbinin müəllimi Mira Marçenko və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının müəllimi, pianoçu Aleksandr Gindin tərəfindən ustad dərsləri keçirilib. 
   Bakı Media Mərkəzinin dəstəyi ilə həyata keçirilən bu layihənin ideya rəhbəri və təşkilatçısı pianoçu-ifaçı, müəllim Səidə Tağızadədir.
   Açıq dərslərdə paytaxtda fəaliyyət göstərən uşaq incəsənət və uşaq musiqi məktəblərindən, eləcə də Azərbaycanın bölgələrindən istedadlı şagirdlər iştirak ediblər.
   Təşkilatçı S.Tağızadənin bildirdiyinə görə, açıq dərslərdə fərqlənən bir neçə istedadlı şagirdin 2019-cu ilin yanvar ayında keçiriləcək "Simurq" festivalına qatılması nəzərdə tutulub.