Mayın 8-də Portuqaliyanın Lissabon şəhərində “Eurovision-2018” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib. 
   İlk yarımfinalda "X my heart" mahnısı ilə çıxış edən Azərbaycan təmsilçisi Aysel Məmmədova televiziya tamaşaçılarının və peşəkar münsiflər heyətinin səsverməsi nəticəsində final mərhələsinə adlaya bilməyib.
   “X my heart” mahnısını yunan bəstəkar və prodüser Dimitros Kontopulos və isveçli Sandra Byorman yazıblar.
   Birinci yarımfinalda Avstriya, Estoniya, Kipr, Litva, İsrail, Çexiya, Bolqarıstan, Albaniya, Finlandiya və İrlandiya təmsilçiləri final mərhələsinə keçib.
   "Eurovision-2018"in ikinci yarımfinalı mayın 10-da keçirilib. Bu mərhələdə daha 10 ölkə finala vəsiqə qazanıb.
   Qeyd edək ki, bu il müsabiqəyə 43 ölkə qatılıb. "Eurovision-2018"in final mərhələsi mayın 12-də baş tutacaq.
   “Böyük beşlik” ölkələri (Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya) və müsabiqənin ev sahibi olan Portuqaliya ilə birlikdə finalda qalib adı uğrunda 26 iştirakçı yarışacaq. 
   
   Bəhruz