Sumqayıt şəhər S.Rüstəmov adına Uşaq incəsənət məktəbində Mehdiabad qəsəbə Uşaq musiqi məktəbinin saz ansamblının üzvləri konsert proqramı ilə çıxış edib.

Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov çıxış edərək belə tədbirlərin mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətində əhəmiyyətini vurğulayıb. Konsertdə saz ansamblının ifasında “Baş dübeyti”, “Naxçıvani” saz havaları, digər musiqi parçaları səslənib.
***
Sumqayıt şəhər Q.Qarayev adına Uşaq musiqi məktəbinin fortepiano şöbəsinin şagirdləri isə Mehdiabad qəsəbə Uşaq musiqi məktəbində konsert proqramı ilə çıxış ediblər. Mehdiabad qəsəbə Uşaq musiqi məktəbinin direktoru Təranə İbrahimova ifaçılara və onların müəllimlərinə rəngarəng konsert proqramına görə minnətdarlığını bildirib.