Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Detaşe" skripkaçılar ansamblı mayın 11-də Azərbaycan Milli İncəsənət Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə konsert proqramı təqdim edib. Ansamblın rəhbəri və konsertin təşkilatçısı Xalq artisti, professor Zəhra Quliyevadır.
Proqramda Frans Şubertin "Musiqiyə doğru", Nikolay Rimski Korsakovun "Arı uçuşu", Moris Ravelin "Pavana", Dmitri Şostakoviçin "Romans", Yevgeni Doqanın "Vals", Q.Qarayevin "İldırımlı yollarla" baletindən "Laylay", Ernst Qradetskinin "Reqtaym" və başqa əsərlər səsləndirilib.