Azərbaycan
   
   22 may 1888 - Yazıçı, maarif xadimi Qantəmir (Qafur Sədrəddin oğlu Əfəndiyev; 1888 - 28.1.1944) Göyçay mahalının Potu kəndində anadan olub. 1939-cu ildə Orta Asiyaya sürgün edilib, orada dünyasını dəyişib. 
   22 may 1918 - SSRİ Xalq artisti, görkəmli rejissor, pedaqoq, professor Mehdi Əsədulla oğlu Məmmədov (1918 - 28.1.1984) Şuşada doğulub. Gəncə Dram, Opera və Balet, Akademik Milli Dram, Rus Dram teatrlarında baş rejissor olub. "Onu bağışlamaq olarmı?" filmində çəkilib. 
   22 may 1928 - Xalq rəssamı Nadir Sadıq oğlu Qasımov (1928-2000) anadan olub. 
   22 may 1937 - Bəstəkar, Xalq artisti Aqşin Əliqulu oğlu Əlizadə (1937 - 3.5.2014) Bakıda anadan olub. "Babək", "Qafqaza səyahət" baletləri, kantata, simfoniya və digər janrlarda əsərlərin müəllifidir. "Tütək səsi", "Sizi dünyalar qədər sevirdim" və s. filmlərə musiqi yazıb.
   
   23 may 1919 - Xalq yazıçısı Hüseyn İbrahimov (1919 - 10.4.2008) Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində doğulub. "Şirin xatirə", "Bahar yağışı", "Qu quşları öləndə oxuyurlar" və s. kitabların müəllifidir. 
   23 may 1524 - Azərbaycan Səfəvilər dövlətinin banisi, böyük sərkərdə, şair Şah İsmayıl Xətai (17.7.1487 - 1524) vəfat edib. 1501-ci ildə Təbrizi paytaxt elan etməklə Səfəvi dövlətini qurub. "Xətai" təxəllüsü ilə şeirlər yazıb. Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunub.
   23 may 1923 - Azərbaycan Mərkəzi Dövlət Kitabxanasının (indiki Milli Kitabxana) təntənəli açılışı keçirilib. 1939-cu ildə kitabxanaya görkəmli mütəfəkkir, yazıçı-dramaturq M.F.Axundzadənin adı verilib.
   
   24 may 1863 - Şair, nasir, tərcüməçi, maarifçi Rəşid bəy İsmayıl oğlu Əfəndiyev (1863 - 31.8.1942) Şəkidə anadan olub. "Qan ocağı”, "Pul dəlisi", "Saqqalın kəraməti", "Diş ağrısı" və s. pyeslərin müəllifidir. Qori seminariyasında dərs deyib, dərsliklər yazıb.
   24 may 1874 - Görkəmli şair, tərcüməçi Abbas Səhhət (Abbasqulu Əlabbas oğlu Mehdizadə; 1874-1918) Şamaxıda anadan olub. Rus, ərəb, fars, gürcü və fransız şair və yazıçılarının əsərlərindən tərcümələrini 1912-ci ildə "Məğrib günəşləri" (iki cilddə) adlı kitabında çap etdirib.
   24 may 1879 - Publisist, teatr xadimi Mehdi bəy Süleyman bəy oğlu Hacınski (1879-1941) anadan olub. "Nicat" xeyriyyə cəmiyyətinin teatr bölməsinə rəhbərlik edib.
   24 may 1880 - Şair, publisist Əliqulu Qəmküsar (Əliqulu Ələkbər oğlu Nəcəfov; 1880 - 4.3.1919) Naxçıvanda doğulub.
   24 may 1893 - İlk azərbaycanlı qadın pianoçulardan olan Xədicə Qayıbova (1893 - 27.10.1938) Tiflisdə doğulub. Fortepianoda muğamların ilk ifaçısı kimi tanınıb, pedaqoji fəaliyyət göstərib. Repressiya qurbanı olub.
   24 may 1898 - Cümhuriyyətçi publisist, dramaturq, tərcüməçi, ictimai xadim Mirzə Bala Məmmədzadə (1898 - 8.3.1959) Bakının Zirə kəndində anadan olub.
   24 may 1899 - Şairə Ümgülsüm Sadıqzadə (1899-1944) Bakının Novxanı kəndində doğulub. 1937-ci ildə həyat yoldaşı, yazıçı Seyid Hüseyn güllələnib, Ü.Sadıqzadə Mordoviyaya həbs düşərgəsinə göndərilib. 1944-cü ildə həbsdən qayıtdıqdan sonra vəfat edib.
   24 may 1910 - Dahi bəstəkar Üzeyir Hacıbəylinin ilk musiqili komediyası olan "Ər və arvad" əsəri səhnələşdirilib. Komediyanın ilk tamaşası Bakıda Nikitin qardaşları sirkinin səhnəsində göstərilib. Əsas rollarda H. Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) çıxış edib.
   24 may 1925 - Ədəbiyyatşünas, türkoloq, həkim, ictimai xadim Cavad Heyət (1925 - 12.8.2014) Təbrizdə doğulub. "Türklərin tarix və mədəniyyətinə bir baxış" və s. əsərlərin müəllifidir. Azərbaycan dilində "Varlıq" jurnalını nəşr etdirib.
   24 may 1948 - Xalq artisti Fuad Ağarəhim oğlu Poladov (1948-2018) Bakıda doğulub. Milli Dram Teatrında, Rus Dram Teatrında çalışıb. "Güllələnmə təxirə salınır!...", "Ovsunçu", "Küçələrə su səpmişəm" və s. filmlərdə çəkilib.
   
   Dünya
   
   22 may 1859 - İngilis yazıçısı Artur Konan Doyl (Arthur Conan Doyle, 1859-1930) anadan olub. 
   22 may 1891 - Alman şairi, incəsənət nəzəriyyəçisi Yohannes Bexer (Johannes Robert Becher; 1891 - 11.10.1958) anadan olub.
   22 may 1813 - Alman bəstəkarı, dramaturq Rixard Vaqner (Wilhelm Richard Wagner, 1813-1883) anadan olub. Operaları: "Tristan və İzolda", "Nibelunqlar üzüyü" (tetralogiya - "Reyn qızılı", "Valkiriya", "Ziqfrid", "Tanrıların ölümü").
   
   23 may 1891 - İsveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1951) laureatı Fabian Lagerkvist (1891-1974) anadan olub. Əsərləri: "Cəllad", "Çırtdan", "Varavva", "Savilla" (romanlar), "Qəlbsiz insan", "Qaranlıqda qələbə" (pyeslər).
   23 may 1921 - Rus kinorejissoru, SSRİ Xalq artisti Qriqori Cuxray (1921-2001) anadan olub. Filmləri: "Qırx birinci", "Əsgər haqqında ballada" və s.
   
   24 may 1899 - Belçika əsilli fransız şairi, rəssam Anri Mişo (1899-1984) anadan olub.
   24 may 1905 - Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1965) Mixail Şoloxov (1905 - 21.2.1984) anadan olub. Əsərləri: "Sakit Don" , "Oyanmış torpaq", "Onlar Vətən uğrunda döyüşüblər", "İnsanın taleyi" və s.
   24 may 1940 - Rus şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1987) İosif Aleksandroviç Brodski (1940 - 26.1.1996) Leninqradda (Sankt-Peterburq) doğulub. 1972-ci ildə Amerikaya mühacirət edib, Nyu-Yorkda vəfat edib.