Gənc Tamaşaçılar Teatrının rəssamı Elşən Sərxanoğlu "Azərbaycan Xalq Cümhuriyyəti ili" münasibətilə yaratdığı əsərlərini İstiqlal Muzeyinə və AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edib.
Teatrın mətbuat xidmətindən bildirilib ki, hər iki əsər muzeylərin ekspozisiyasında nümayiş olunur.
Rəssamın İstiqlal Muzeyinə bağışladığı "Həsrət üzəngilərinə elegiya" triptixi Cümhuriyyətin və Qafqaz İslam Ordusunun 100 illiyi münasibətilə Mədəniyyət Nazirliyi, Türkiyənin ölkəmizdəki səfirliyi, Bakı Yunus Əmrə İnstitutu və Bakı Türk Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən fotosərgidə təqdim edilib. Elşən Sərxanoğlunun müəllifi olduğu "İstiqlal müjdəçisi" adlı heykəl isə Milli Azərbaycan Tarixi Muzeyində Cümhuriyyətin 100 illiyi münasibətilə sərgidə nümayiş olunub. Hər iki əsərdə rəssam Azərbaycanın istiqlalını, qələbəsini və mübarizliyini təsvir edib.