Qazax rayon E.Hüseynov adına Mərkəzi kitabxanasında 31 may - Dünya tütünlə mübarizə gününə həsr olunmuş görüş keçirilib.
“Tütünə “yox” deyək!” adlı görüşdə BDU-nun Qazax filialının bir qrup tələbəsi, fəal oxucular iştirak ediblər.
Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova tütünün insan sağlamlığı üçün zərərindən danışıb, BMT-nin Dünya Səhiyyə Təşkilatı tərəfindən təsis olunan günün tarixi barədə məlumat verib.
Tədbirdə iştirak edən tələbələr nikotinin insan sağlamlığına vurduğu ciddi fəsadlardan bəhs ediblər. Çıxışlarda bir fikir xüsusi vurğulanıb ki, möhkəm iradə sayəsində bu zərərli vərdişdən əl çəkərək sağlam həyata qayıtmaq mümkündür.