İyunun 14-də “Art Tower” rəsm qalereyasında “Arts School” rəssamlıq məktəbi şagirdlərinin əsərləri sərgilənəcək. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə gerçəkləşəcək.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatından verilən məlumata görə, sərgidə məktəbin 30-dək şagirdinin sənət əsərləri yer alacaq. Sərgi iyunun 23-dək davam edəcək.