AMEA Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin “İrəvan-100” kitabı çapdan çıxıb. Kitab qədim Azərbaycan şəhəri İrəvanın 1918-ci ildə yaradılan Ermənistan dövlətinin paytaxtına çevrilməsindən bəhs edir.

Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan, Britaniyanın arxiv sənədləri, tədqiqatlar əsasında hazırlanan kitabda “İrəvanın tarixi”, “Gülüstan müqaviləsi (1813)”, “Türkmənçay müqaviləsi (1828)”, “Batum konfransı və beynəlxalq münasibətlər”, “Cənubi Qafqazda böyük güclərin maraqları” və “İrəvanın güzəşti” mövzularında məlumatlar, nadir fotolar və xəritələr yer alıb. Həmçinin Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan arasında İrəvanın taleyi ilə bağlı danışıqlar və sənədlər öz əksini tapıb.

LALƏ