Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edən kitab Türkiyədə nəşr olunub. Şair-tərcüməçi Yurtseven Şenin müəllifi olduğu “Mübariz” romanı “Zengin Yayıncılık” nəşriyyatında çapdan çıxıb.

“Mübariz” romanı Yurtseven Şenin Azərbaycan haqqında qələmə aldığı ikinci kitabdır. 2017-ci ildə onun 20 Yanvar faciəsinə həsr olunan “Ferize. Kanlı Yanvar” adlı kitabı işıq üzü görmüşdü.

Y.Şen həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Zengin Yayıncılık” nəşriyyatı ilə birgə həyata keçirdiyi “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi üzrə Türkiyədə çap olunan 10-dan artıq Azərbaycan ədəbiyyatı nümunəsinin tərcüməçisidir.

İyunun 19-da İğdır şəhərində “Mübariz” romanının təqdimat mərasimi və imza günü keçiriləcək. Nəşrin Bakıda da təqdimatı planlaşdırılır.