Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – məşhur ispan yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1989) laureatı Kamilo Xose Selanın (1916-2002) “Seçilmiş əsərləri” çapdan çıxıb.

Mərkəzdən bildirilib ki, XX əsr İspaniya ədəbiyyatının klassiki sayılan Sela müxtəlif janrlarda (şeirlər, hekayələr, romanlar) yazıb-yaratsa da, dünya ədəbiyyatı tarixinə romanlar müəllifi kimi daxil olub.

Yazıçının ilk dəfə Azərbaycan dilində nəşr olunan kitabına “Paskual Duartenin ailəsi”, “Arı yuvası” və “İki ölü üçün mazurka” romanları daxil edilib. Kitabı Azərbaycan dilinə tanınmış yazıçı Saday Budaqlı çevirib.