Avrasiya Yazarlar Birliyi növbəti - V Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsini elan edib.

Əsərlərin qəbulu avqustun 31-dək davam edəcək. Müsabiqəyə buraxılacaq əsərlərin elan olunması sentyabrın 30-da, ölkələrdə mükafatlandırma oktyabr-noyabr aylarında, beynəlxalq dəyərləndirmə oktyabr, beynəlxalq mükafatlandırma mərasimi isə dekabrda Ankara şəhərində keçiriləcək.

Ölkələr üzrə münsiflər heyəti ədəbiyyat jurnalları və yazıçılar birlikləri tərəfindən müəyyən edilən beş yazıçıdan ibarət olacaq.

Ölkələr üzrə qalib müəlliflərə (I-III yerlər) müvafiq olaraq 2500, 1500, 1000, beynəlxalq mükafatı qazananlara 20000, 15000, 10000, habelə həvəsləndirici mükafat kimi 5000 Türkiyə lirəsi veriləcək.

Təqdim olunan əsərlər daha əvvəl heç bir müsabiqədə mükafat almamalı, hər hansı yerdə dərc edilməməlidir.

Azərbaycanda müsabiqəyə təqdim olunan əsərlər bu ünvana şəxsən, e-poçt və ya poçt vasitəsilə çatdırıla bilər: Bakı şəhəri, Əhməd Cəmil küçəsi-64/66. “525-ci qəzet”, telefon: (012) 510-28-83, (012) 538-10-53; 050 264 92 86. E-mail: ibrahimcefer@mail.ru

Müsabiqəyə göndərilən hekayələrin üzərində sadəcə təxəllüs yazılmalıdır. Təxəllüsdən başqa yazıçının şəxsiyyətini göstərən ad, soyad, yaxud hər hansı işarə göstərildiyi halda hekayə müsabiqəyə buraxılmayacaq.

Mehparə SULTANOVA