Azərbaycan

22 iyun 1802 - Şərq­şü­nas, maarif­çi Mir­zə Ka­zım bəy (Mir­zə Mə­həm­məd Əli Ha­cı Qa­sım oğ­lu; 1802-1870) ana­dan olub. Pe­ter­burq Uni­ver­si­te­ti­ni bi­ti­rib, 1839-cu il­də «Türk-ta­tar di­li­nin qram­ma­ti­ka­sı» dərs­li­yi­ni çap et­di­rib. 1853-cü il­də Pe­ter­burq Uni­ver­si­te­tin­də açı­lan Şərq­şü­nas­lıq fa­kül­tə­si­nin de­ka­nı tə­yin edi­lib. Ru­si­ya Elm­lər Aka­de­mi­ya­sı­nın ilk azər­bay­can­lı üz­vü olub.

22 iyun 1897 - Azər­bay­can pro­fes­sional vo­kal mək­tə­bi­nin ba­ni­si, SS­Rİ Xalq ar­tis­ti Bül­bül (Mur­tu­za Mə­şə­di Rza oğ­lu Məm­mə­dov; 1897 - 26.9.1961) Şu­şa­da ana­dan olub. Xalq mah­nı­la­rı və ro­mans­la­rın, ope­ra­lar­da (“Ko­roğ­lu”, “Əs­li və Kə­rəm”) baş par­ti­ya­la­rın unu­dul­maz ifa­çı­sı olub. 1931-ci il­də Mi­lan Kon­ser­va­to­ri­ya­sı­nı bi­ti­rib. Azər­bay­can Döv­lət Kon­ser­va­to­ri­ya­sı­nın pro­fes­so­ru olub, xalq mu­si­qi­si­ni öy­rə­nən el­mi-təd­qi­qat ka­bi­ne­ti­ni ya­ra­dıb.

22 iyun 1924 - Ya­zı­çı Cə­lal Bər­gü­şad (Cə­lal Nov­ruz oğ­lu Ca­va­dov; 1924 - 9.7.1996) Qu­bad­lı ra­yo­nu­nun Qəz­yan kən­din­də do­ğu­lub. Əsər­lə­ri: “Sıy­rıl­mış qı­lınc”, “Bo­za­tın be­lin­də”, “Şərq çi­çə­yi” və s.

22 iyun 1942 - Mu­si­qi­çi, bəs­tə­kar, şair Bəh­ram Pa­şa oğ­lu Nə­si­bov (1942-1998) Fü­zu­li ra­yo­nu­nun Aşa­ğı Rə­fə­din­li kən­din­də ana­dan olub. “Xa­tır­la mə­ni”, “De­yin, har­da­dır”, “Sə­ni qəm­li gö­rən­də” və s. po­pul­yar mah­nı­la­rın müəl­li­fi­dir.

22 iyun 1947 - Şair El­dar Ba­xış (El­dar Ba­xış oğ­lu Ağa­yev; 1947 - 22.5.1996) Qu­bad­lı ra­yo­nu­nun Di­lə­li Müs­kan­lı kən­din­də ana­dan olub. “Uzun Hə­sən”, “Mə­lik­məm­məd” pyes­lə­ri­nin müəl­li­fi­dir. Rus ədə­biy­ya­tın­dan tər­cü­mə­lər edib.

23 iyun Döv­lət qul­luq­çu­la­rı­nın pe­şə bay­ra­mı gü­nü­dür. 2003-cü il­də BMT Baş As­samb­le­ya­sı tə­rə­fin­dən tə­sis edi­lən gün dün­ya­nın ək­sər öl­kə­lə­rin­də qeyd olu­nur. Azər­bay­can­da Pre­zi­dent İl­ham Əli­ye­vin 25 may 2006-cı il ta­rix­li sə­rən­ca­mı ilə qeyd edi­lir.

23 iyun 1923 - Ədə­biy­yat­şü­nas, şair, tər­cü­mə­çi Qa­sım Xan­su­var oğ­lu Qa­sım­za­də (1923 - 28.7.1993) Qu­bad­lı ra­yo­nu­nun Xo­cam­sax­lı kən­din­də ana­dan olub. “Ürək dö­yün­tü­lə­ri”, “Ədə­biy­ya­tı­mız və mə­nə­viy­ya­tı­mız” və s. ki­tab­la­rın müəl­li­fi­dir. 

23 iyun 1925 - Xalq ar­tis­ti, re­jis­sor, pro­fes­sor Gül­ca­han Şüaul­la qı­zı Gü­ləh­mə­do­va-Mar­tı­no­va (1925-2017) ana­dan olub. 30 ilə ya­xın S.Vur­ğun adı­na Rus Dram Teat­rın­da qu­ru­luş­çu re­jis­sor iş­lə­yib. Te­le­ta­ma­şa­la­ra qu­ru­luş ve­rib.

 

24 iyun 1939 - Cə­nu­bi Azər­bay­can ya­zı­çı­sı Sə­məd Beh­rən­gi (1939–31.8.1968) Təb­riz­də ana­dan olub. “Ul­duz və qar­ğa­lar”, “Çu­ğun­dur­sa­tan oğ­lan”, “Ba­la­ca qa­ra ba­lıq” və s. ki­tab­la­rın müəl­li­fi­dir. Azər­bay­can na­ğıl­la­rı­nı fars di­li­nə tər­cü­mə edə­rək nəşr et­di­rib.

24 iyun 1949 – Əmək­dar ar­tist To­fiq Əb­dür­rə­him oğ­lu Hü­sey­nov Qu­sar ra­yo­nu­nun Hil kən­din­də ana­dan olub. İrə­van, Sum­qa­yıt, Gənc Ta­ma­şa­çı­lar teatr­la­rın­da ça­lı­şıb. Mil­li Dram Teat­rı­nın akt­yo­ru­dur.

24 iyun 1955 – Ta­nın­mış jur­na­list, ic­ti­mai xa­dim Nə­cəf Adil oğ­lu Nə­cə­fov (1955 - 17.12.1999) Ba­kı­da do­ğu­lub. Azər­bay­can Ali So­ve­ti­nin (1990-1995) de­pu­ta­tı olub.

 

25 iyun 1907 - Xalq ar­tis­ti So­na Sal­man qı­zı Ha­cı­ye­va (1907 – 24.12.1979) Şə­ki­də do­ğu­lub. Səh­nə fəaliy­yə­ti­nə 1920-ci il­də Ba­kı­da Əli Bay­ra­mov klu­bu­nun nəz­din­də­ki dram dər­nə­yin­də baş­la­yıb, 1923-cü il­dən Aka­de­mik Dram Teat­rı­nın akt­ri­sa­sı olub. «Bəx­ti­yar», “O ol­ma­sın, bu ol­sun”, “Qız­mar gü­nəş al­tın­da”, “Sə­hər” film­lə­rin­də çə­ki­lib.

25 iyun 1937 - Aşıq, Əmək­dar mə­də­niy­yət iş­çi­si İs­fən­di­yar Adil oğ­lu Rüs­tə­mov (1937 – 9.2.2018) Gə­də­bəy ra­yo­nun­da ana­dan olub.

25 iyun 1940 - Əmək­dar ar­tist, mü­ğən­ni Ya­şar Abu­ta­lıb oğ­lu Sə­fə­rov (1940-2007) ana­dan olub. Uzun il­lər Azər­bay­can Te­le­vi­zi­ya­sı və Ra­diosu­nun so­lis­ti olub.

26 iyun Azər­bay­can­da Si­lah­lı Qüv­və­lər Gü­nü­dür. 1918-ci il iyu­nun 26-da Xalq Cüm­hu­riy­yə­ti­nin hö­ku­mə­ti ilk əla­hid­də di­vi­zi­ya­nın ya­ra­dıl­ma­sı ba­rə­də qə­rar qə­bul edib. Pre­zi­dent Hey­dər Əli­ye­vin 22 may 1998-ci il ta­rix­li fər­ma­nı ilə 26 iyun Si­lah­lı Qüv­və­lər Gü­nü elan edi­lib.

 

26 iyun 1915 - Re­jis­sor Əli­hey­dər Əb­dü­lə­li oğ­lu Ələk­bə­rov (1915 - 14.3.1974) ana­dan olub. Aka­de­mik Mil­li Dram Teat­rın­da ça­lı­şıb.

26 iyun 1922 - Əmək­dar me­mar Şə­fi­qə Mi­ka­yıl qı­zı Zey­na­lo­va (1922-1979) ana­dan olub.

26 iyun 1929 - Hə­kim-ya­zı­çı, Əmək­dar elm xa­di­mi Nu­rəd­din Məm­məd­ba­ğır oğ­lu Rza­yev (1929 – 17.10.2011) Gə­də­bəy ra­yo­nun­da do­ğu­lub. Tür­ko­lo­gi­ya, ta­rix, ədə­biy­yat və s. möv­zu­lar­da el­mi-pub­li­sis­tik mə­qa­lə­lə­rin müəl­li­fi­dir.

26 iyun 1949 – Xalq ar­tis­ti Mə­ra­him Fər­zə­li oğ­lu Fər­zə­li­bə­yov Ba­kı­da do­ğu­lub. Qroz­nı şə­hə­rin­də (Çe­çe­nis­tan) M.Ler­mon­tov adı­na Döv­lət Rus Dram Teat­rın­da ça­lı­şıb, Sum­qa­yıt Dram Teat­rı­nın baş re­jis­so­ru olub. 1981-ci il­dən Mil­li Dram Teat­rın­da ça­lı­şır.

 

Dün­ya

 

22 iyun 1887 - İn­gi­lis fi­lo­so­fu Cu­lian Haks­li (Ju­lian So­rell Hux­ley, 1887-1975) ana­dan olub. Tə­ka­mü­lün sin­te­tik nə­zə­riy­yə­si­nin müəl­li­fi­dir, UNES­CO-nun ilk baş di­rek­to­ru olub.

22 iyun 1898 - Al­man ya­zı­çı­sı Erix Ma­ria Re­mark (Erich Ma­ria Re­mar­que - Erich Paul Re­mark; 1898-1970) ana­dan olub. Ro­man­la­rı: “Qərb cəb­hə­sin­də də­yi­şik­lik yox­dur”, “Üç yol­daş”, “Zə­fər ta­ğı”, “Ya­şa­maq və öl­mək za­ma­nı­dır” və s.

22 iyun 1906 - Ame­ri­ka re­jis­so­ru, 4 də­fə «Os­kar» mü­ka­fa­tı laureatı Bil­li Uayl­der (Billy Wil­der; 1906-2002) ana­dan olub. Film­lə­ri: “Caz­da an­caq qız­lar­dır”, “Sab­ri­na”, “Mən­zil” və s.

22 iyun 1949 - Ame­ri­ka akt­ri­sa­sı Me­ril St­rip (Mary Louise “Meryl” St­reep) ana­dan olub. “Kra­mer Kra­me­rə qar­şı”, “So­fi­ya­nın se­çi­mi”, “Də­mir le­di” film­lə­rin­də rol­la­rı­na gö­rə “Os­kar” mü­ka­fa­tı­na la­yiq gö­rü­lüb.

23 iyun 1889 - Rus şairə­si, ya­zı­çı, ədə­biy­yat­şü­nas An­na And­re­yev­na Ax­ma­to­va (Qo­ren­ko; 1889 - 5.3.1966) ana­dan olub. Qı­zıl Or­da xa­nı Əh­məd xa­nın nəs­lin­dən olub, so­ya­dı­nı (tə­xəl­lü­sü­nü) də bu ad­dan gö­tü­rüb. Əsər­lə­ri: “Rek­vi­yem”, “Qəh­rə­man­sız poema”, “Ağ dəs­tə” və s.

23 iyun 1901 - Türk ya­zı­çı­sı Əh­məd Ham­di Tan­pı­nar (1901-1962) ana­dan olub. “Ab­dul­lah Əfən­di­nin yu­xu­la­rı”, “Ay­da­kı qa­dın”, “Ay­na” və s. ro­man­la­rın müəl­li­fi­dir.

 

24 iyun 1842 - Ame­ri­ka ya­zı­çı­sı Amb­roz Birs (Amb­ro­se Gwin­nett Bier­ce; 1842-1914) ana­dan olub. Qor­xu­lu əsər­lə­rin (“İn­san və ilan”, “Lə­nət­lən­miş hey­van” və s.) müəl­li­fi ki­mi ta­nı­nıb.

24 iyun 1912 – Ru­si­ya­nın Xalq ar­tis­ti Ser­gey Fi­lip­pov (1912-1990) ana­dan olub. Film­lə­ri: “12 stul”, “İvan Va­sil­ye­viç pe­şə­si­ni də­yi­şir”, “Al­ma al­ma­ya bən­zər” (“Azər­bay­can­film”) və s.

24 iyun 1930 - Fran­sız re­jis­so­ru, “ye­ni dal­ğa”nın ta­nın­mış nü­ma­yən­də­si Klod Şab­rol (Claude Chab­rol; 1930-2010) ana­dan olub. “Qəs­sab”, “Bay­qu­şun çı­ğır­tı­sı” və s. film­lə­ri çə­kib.

 

25 iyun 1709 - İta­li­ya bəs­tə­ka­rı Fran­çes­ko Aray­ya (Fran­ces­co Do­me­ni­co Araia; 1709-1770) ana­dan olub. “Se­mi­ra­mi­da”, “Alek­sand­ra Hin­dis­tan­da” və s. ope­ra­la­rın müəl­li­fi­dir.

25 iyun 1903 - İn­gi­lis ya­zı­çı­sı Corc Oruell (Geor­ge Or­well - Eric Art­hur Blair, 1903-1950) ana­dan olub. Ru­si­ya­da­kı 1917-ci il in­qi­la­bı­na al­le­qo­ri­ya olan “Hey­van töv­lə­si” po­ves­ti­nin, “1984” an­tiuto­pi­ya-ro­ma­nın müəl­li­fi­dir.

25 iyun 1963 - Yu­nan əsil­li in­gi­lis mü­ğən­ni­si və bəs­tə­ka­rı Corc Maykl (Geor­ge Mic­hael – əsl adı Geor­gios Ky­riakos Pa­na­yiotou; 1963-2016) ana­dan olub.

 

26 iyun 1892 - Ame­ri­ka ya­zı­çı­sı, ədə­biy­yat üz­rə No­bel mü­ka­fa­tı laureatı (1938) Perl Bak (Pearl Sy­denst­ric­ker Buck; 1892-1973) ana­dan olub. Əsər­lə­ri: “Şərq kü­lə­yi, qərb kü­lə­yi”, “Da­ğı­lan ev”, “Bö­yük dal­ğa” və s.

Hazırladı:  Vüqar ORXAN