Misirin nüfuzlu “Əl-Əhram” qəzeti Azərbaycanın Xalq yazıçısı Elçinin Qahirənin “Əl-Ədəb” nəşriyyatında çapdan çıxmış “Baş” romanı haqqında geniş məqalə dərc edib.

Kitabın müfəssəl təhlil olunduğu məqalədə Azərbaycan Tərcümə Mərkəzinin ərəb dünyası ilə sıx əməkdaşlıq çərçivəsində ərsəyə gətirdiyi digər beynəlxalq layihələr haqqında da geniş məlumat yer alıb.

1875-ci ildən nəşr olunan və hazırda milyona yaxın tirajla çıxan gündəlik “Əl-Əhram” qəzeti 20-dən çox ərəb ölkəsinə yayılır.