Leyla Əliyevanın kitabı Londonda nəşr olunub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “The World Dissolves like a Dream” (“Dünya yuxutək əriyir”) kitabı Londonda işıq üzü görüb.

Azərbaycan Tərcümə Mərkəzi tərəfindən ədəbiyyatımızın dünyada tanıdılması və təbliği istiqamətində ərsəyə gətirilmiş kitab “Hertfordşir Press LTD” nəşriyyatında çap edilib.

Tərcümə Mərkəzindən bildirilib ki, kitaba daxil edilmiş 130 şeiri ingilis dilinə tanınmış ingilis şair və tərcüməçiləri Karolina Valton və Anna Mariya Cekson çeviriblər. Nəşrin redaktoru Karolina Valtondur.