“Söz” ədəbi layihəsi çərçivəsində

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi gənc, istedadlı şairlərin ortaya çıxarılması, cəmiyyətə tanıdılması məqsədilə həyata keçirdiyi “Söz” ədəbi layihəsi çərçivəsində böyük şair, mütəfəkkir İmadəddin Nəsiminin xatirəsinə həsr olunmuş ədəbi müsabiqəyə əsərlərin qəbulunu elan edir.

Müsabiqənin şərtləri aşağıdakı kimidir:

1. Müsabiqədə yaşı 35-dək olan gənc şairlər iştirak edə bilərlər.

2. İddiaçılar şeirlərini Azərbaycan, rus və ingilis dillərində təqdim edə bilərlər.

3. Müsabiqəyə qoşulmaq istəyən şəxslər bir şeirini, qısa tərcümeyi-halını və bir ədəd fotoşəklini sozliterary@gmail.com elektron poçt ünvanına göndərməlidirlər.

Müsabiqə üçün əsərlərin qəbulu 2018-ci ilin sentyabr ayının 1-dək davam edəcək.

Azərbaycanın tanınmış ədəbiyyat xadimlərindən ibarət münsiflər heyətinin yekun qərarı ilə müəyyən olunan finalçılar 2018-ci ilin sentyabr ayında baş tutacaq ədəbi festivala dəvət olunacaqlar. Tədbir zamanı elan olunacaq qaliblər diplom və aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:

1-ci yer – 1000 AZN

2-ci yer – 750 AZN

3-cü yer – 500 AZN