İngilisdilli ədəbiyyat sahəsində ən nüfuzlu təltif olan Buker mükafatının 50 illiyi münasibətilə xüsusi olaraq təsis edilən “Qızıl Buker” mükafatının qalibinin adı açıqlanıb.

Mükafata Kanada yazıçısı Maykl Ondatje layiq görülüb. “Qızıl Buker” yazıçıya 1992-ci ildə işıq üzü görən “İngilis pasiyenti” adlı romanına görə verilib. 

“Qızıl Buker” xüsusi mükafatına namizədlər əvvəlki Buker laureatları arasından seçilmişdi. Hər on il üzrə ən yaxşı beş yazıçı bu mükafata iddialı idi.

“İngilis pasiyenti” valehedici əsərdir: eyni zamanda poetik və fəlsəfidir”, - deyə Buker mükafatı şurasının sədri baronessа Helena Kennedi ədəbiyyat mükafatının 50 illiyi münasibətilə keçirilən mərasimdə qeyd edib.

Bildirək ki, Buker mükafatı (Man Booker Prize for Fiction) 1968-ci ildə Buker-Makkonnel tərəfindən təsis olunub və iki ildən bir verilib. 2016-cı ildən isə hər il təqdim olunur. Bu və ya digər dildə yazılan, ingilis dilinə tərcümə edilərək Böyük Britaniyada nəşr etdirilən konkret romana və ya hekayələr toplusuna görə verilən mükafatın məbləği 50 min funt sterlinqdir. Bu məbləğ əsərin müəllifi və tərcüməçisi arasında bölünür.

İLONA