“YARAT” Müasir İncəsənət Mərkəzi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Balaca YARAT” layihəsinin ilk yarımillik yekun sərgisi təqdim edilib.
“YARAT” Müasir İncəsənət Mərkəzində reallaşan layihə çərçivəsində uşaqlar tanınmış rəssamlar Aida Mahmudova və Mikelancelo Pislotelettonun fərdi sərgilərindən ilhamlanaraq öz əl işlərini yaradıblar.
Sərgi zamanı layihənin ustadları Nərminə Bağırova və Nigar Quliyeva uşaqların əsərlərinin mövzuları, seçilmiş materiallar və texnikalar haqqında məlumat veriblər. Bir ay davam edəcək layihə müddətində uşaqlar Roman Qocayevin rəhbərlik etdiyi “Özünü tap” layihəsi haqqında da məlumat alacaqlar.