İyulun 28-də Bakının ən dəbdəbəli hotellərindən biri olan “Pullman”da “Star Kids Group” MMC-nin təşkilatçılığı ilə növbəti “Kids Fashion Show” yarışması keçiriləcək.

Şirkətin mətbuat xidmətindən bildirilib ki, sayca 16-cı olan şou yay mövsümündə keçirildiyi üçün uşaqlar modelyer-dizaynerlər tərəfindən hazırlanmış yay stilinə uyğun avanqard geyimləri təqdim edəcəklər.

Tədbirin layihə rəhbəri “Star Kids Group” şirkətinin direktoru Aygün Əliyevadır. “Yay əyləncəsi“ adlı uşaq moda müsabiqəsində 4-14 yaş arası 46-sı qız, 42-si oğlan olmaqla 88 model uşaq və 19 modelyer iştirak edəcək.