Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “Azərbaycan təsviri sənətində qrafika: dünən və bu gün” adlı respublika rəsm müsabiqəsi elan edilir.

Məqsəd qrafikanın müasir Azərbaycan incəsənətində rolunu və mövqeyini genişləndirmək, mədəni ictimaiyyətin diqqətini bu sənət növünə cəlb etmək, qrafika sənəti ustalarının yaradıcılığını təbliğ etmək və rəssamların bu sahəyə intensiv müraciət etmələrini stimullaşdırmaqdan ibarətdir.

Müsabiqə, iştirak etmək istəyən hər rəssam təqdim etdiyi əsərin fotosu ilə bərabər adı və soyadı, əlaqə nömrəsi, əsərin adı, ölçüsü və texnikası barədə məlumatı 2018-ci il noyabrın 30-dək Xətai Sənət Mərkəzinin aşağıdakı ünvanlarından birinə göndərə bilər.

1. facebook: Xətai Sənət Mərkəzi (https://www.facebook.com/xsm.art.az/)

2. whatsapp: 00994 51 310 74 01

3. instagram: xetaisenetmerkezi

3. email: xsm.2016@mail.ru

4. ünvan: AZ 1025. Bakı şəhəri, Xocalı pr. 62.

 

Birinci turdan keçmiş əsərlər sərgi-müsabiqəyə dəvət olunacaq.

I yer - 500 AZN

II yer - 300 AZN

II yer - 150 AZN

Həvəsləndirici mükafat – (5 nəfər).

 

Nominasiyalar: Ən yaxşı  kompozisiya; Ən yaxşı kitab qrafikasına görə; Ən yaxşı  dəzgah qrafikasına görə; Ən yaxşı  plakat qrafikasına görə; Ən yaxşı  sənaye qrafikasına görə; Ən yaxşı mövzu seçimi.

Qaliblər üçün mükafatla bərabər “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında yazı dərc olunması nəzərdə tutulub.

Müsabiqənin yekun sərgisi Xətai Sənət Mərkəzində keçiriləcək.