Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon MKS-nin Mərkəzi kitabxanasında “rəsm saatı” keçirilib. “Rəsm saat”ında kitabxananın balaca oxucuları iştirak ediblər.

Tədbirdə kitabxananın əməkdaşı bildirib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd balaca oxucuların yay tətilini səmərəli keçirməsidir. Uşaqlarla intellektual oyunlar da oynanılıb.

Kitabxanada “rəsm saatları”na iyulun əvvəllərindən start verilib və silsilə şəklində davam etdirilir.