Azərbaycan

28 iyul 1723 – Çar I Pyotrun göndərdiyi qoşunlar Bakını işğal edib. Bakı hakimi Məhəmmədhüseyn bəy sürgünə göndərilib. Bu, Rusiyanın Azərbaycan üzərinə birinci işğalçılıq yürüşü idi. 1735-ci ildə ruslar Səfəvi dövləti ilə bağlanmış müqaviləyə görə, Azərbaycan torpaqlarını tərk etdilər. Rusiya imperiyasının Azərbaycana növbəti yürüşü XIX əsrin əvvəlində başlandı.

28 iyul 1935 – Bəstəkar, Xalq artisti, professor Vasif Zülfüqar oğlu Adıgözəlov (1935 - 15.9. 2006) anadan olub. Müxtəlif janrlarda əsərlərin – simfoniya, oratoriya (“Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala”), opera (“Ölülər”, “Natəvan”), kantata və mahnıların müəllifidir. “Şərikli çörək”, “Həyat bizi sınayır” və s. filmlərə musiqi yazıb. Bəstəkarlar İttifaqına rəhbərlik (2000-2006) edib.

28 iyul 1928 – Azərbaycan SSR-in “Xalq artisti” fəxri adı təsis edilib.

28 iyul 1937 – Görkəmli bəstəkar, dirijor, pedaqoq, Əməkdar incəsənət xadimi Müslüm Məhəmməd oğlu Maqomayev (18.9. 1885 - 1937) vəfat edib. Dahi bəstəkar Üzeyir Hacıbəylinin yaxın dostu və sənət yoldaşı olub. Azərbaycan peşəkar musiqili teatrının banilərindən biridir, “Şah İsmayıl” (1916), “Nərgiz” (1935) operalarını yazıb. 1924-cü ildən Opera Teatrının rəhbəri və dirijoru, 1929-cu ildən Azərbaycan Radiosunun musiqi şöbəsinin rəhbəri olub. “Radio marşı”nın müəllifidir.

 

29 iyul 1993 – BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinin genişlənməsi və Ağdamın işğalı ilə bağlı 853 saylı qətnamə qəbul edib. Qətnamədə erməni silahlı qüvvələrinin Ağdam rayonundan və Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılması tələb olunurdu.

 

30 iyul 1918 – Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə rus işğalından (1805) sonra Gəncə şəhərinə verilmiş Yelizavetpol adı ləğv olunub, şəhərin tarixi adı bərpa edilib. 1930-cu illərdə Gəncənin adı yenidən dəyişdirildi (Kirovabad), 1989-cu ildə tarixi adı təkrar özünə qaytarıldı.

30 iyul 1942 – Tərcüməçi, ədəbiyyatşünas Fərhad Qəmbər oğlu Əliyev (1942-1996) anadan olub.

30 iyul 1956 – Bəstəkar, Əməkdar müəllim, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Adilə Niyazi qızı Yusifova anadan olub.

  

31 iyul 1954 - Əməkdar incəsənət xadimi Cahangir Mütəllib oğlu Novruzov Bakıda anadan olub. Şəki Dram, Musiqili Komediya, Gənc Tamaşaçılar teatrlarında rejissor işləyib. 1995-ci ildən Türkiyədə yaşayır, Çukurova Universitetində (Adana) çalışır. Filmlərdə, teletamaşalarda yaddaqalan obrazlar yaradıb.

 

Dünya

 

28 iyul 1866 – İngilis yazıçısı və rəssamı Beatriks Potter (Beatrix Potter, 1866-1943) anadan olub. Uşaqlar üçün əsərlərin müəllifidir: “Uxti-Tuxti”, “Dovşan Piter və digər əhvalatlar”.

28 iyul 1812 – Polşa yazıçısı və tarixçisi Yuzef Kraşevski (Jozef İgnacy Kraszewski, 1812-1887) anadan olub. “Sehrli çıraq”, “Qrafinya Kozel”, “Bryul” və s. romanların müəllifidir.

 

28 iyul 1750 – Böyük alman bəstəkarı İohann Sebastyan Bax (Johann Sebastian Bach; 31.3.1685 - 1750) vəfat edib. Operadan savayı bütün musiqi janrlarında mindən çox əsər yazıb, o cümlədən: 200-dən çox kantata, 250-dək orqan musiqisi və s.

 

28 iyul 1887 – Fransız rəssamı və incəsənət nəzəriyyəçisi, dadaizm və sürrealizmin banilərindən Marsel Düşam (Marcel Duchamp, 1887-1968) anadan olub.

28 iyul 1902 - İngilis filosofu, “Açıq cəmiyyət” nəzəriyyəsinin yaradıcısı Karl Popper (Karl Raimund Popper, 1902-1994) anadan olub.

 

29 iyul 1805 – Fransız yazıçısı və tarixçisi Aleksis de Tokvil (Charles Alexis Henri Maurice Clerel de Tocqueville; 1805-1859) anadan olub. Əsərləri: “Amerikada demokratiya”, “Köhnə qayda-qanun və inqilab”.

29 iyul 1900 – İsveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1974) laureatı Eyvind Gunson (Eyvind Olov Verner Johnson; 1900-1976) anadan olub.

29 iyul 1921 – Fransız rejissoru, dünya sənədli kinosunun tanınmış nümayəndəsi Kris Marker (Christian Bouche-Villeneuve; 1921-2012) anadan olub. Filmləri: “Uçuş zolağı”, “Günəşsiz”, “Dərinlikdə hava qırmızıdır” və s.

29 iyul 1954 – Rusiyanın Xalq artisti, bəstəkar İqor Krutoy anadan olub. 300-dən çox mahnının müəllifidir. 

30 iyul 1511 – İtalyan memarı, rəssam və yazıçı Corco Vazari (Giorgio Vasari; 1511-1574) anadan olub.

30 iyul 1818 – İngilis yazıçısı Emili Bronte (Emily Jane Bronte; 1818-1848) anadan olub. Yazıçı Şarlotta Brontenin bacısıdır. Əsərləri: “Tufan aşırımı”, “Mənim qəlbim qorxaq deyil”.

30 iyul 1947 – Avstriya əsilli Amerika kinoaktyoru Arnold Şvarsenegger (Arnold Alois Schwarzenegger) anadan olub. Filmləri: “Terminator”, “Kommando”, “Yırtıcı”, “Qırmızı hərarət”, “Gerçək yalan” və s. ABŞ-ın Kaliforniya ştatının qubernatoru (2003-2009) olub.

30 iyul 1948 – İspan əsilli fransız aktyoru Jan Reno (Jean Reno - Juan Juan Moreno y Herrera Jimenez) anadan olub. Filmləri: “Leon”, “Nikita”, “Qodzilla”, “Yaquar”.

30 iyul 1950 – İtalyan rejissoru Qabriele Salvatores (Gabriele Salvatores) anadan olub. Filmləri: “Aralıq dənizi” (“Oskar”, 1992), “Nirvana” və s.

  

31 iyul 1866 – Türk yazıçısı Xalid Ziya Uşaqlıgil (1866 - 27.3.1945) anadan olub. “Aşk-ı-memnu”, “Bir ölünün dəftəri”, “Qırıq həyatlar” və s. romanların müəllifidir.

31 iyul 1886 – Macar bəstəkarı Ferens List (Liszt Ferenc; 1811-1886) vəfat edib. Məşhur əsərləri: “Faust” simfoniyası, “Macar” rapsodiyası.

31 iyul 1914 – Fransız (ispan əsilli) aktyoru, rejissor Lui de Fünes (Louis Germain David de Funes de Galarza; 1914-1983) anadan olub. “Fantomas”, “Böyük gəzinti”, “San-Tropeli jandarm”, “Jandarm və yadplanetlilər” və s. komediya filmləri ilə məşhurlaşıb.

Hazırladı:  Vüqar ORXAN