Türkiyənin Qaziantep Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil olunan Beynəlxalq qastronomiya festivalı 20-22 sentyabr tarixində müxtəlif ölkələrdən kulinarları bir araya gətirəcək.

Həmçinin UNESCO-nun “Yaradıcı şəhərlər siyahısı”nda yer alan Qaziantepin aşpazları zəngin yerli mətbəxi qonaqlara təqdim edəcək.  Dünya şöhrətli aşpazların və yerli ustaların ləzzətli yerli yeməklər təqdim edəcəyi festivala ölkənin müxtəlif bölgələrindən də gələnlər olacaq.

Mehparə SULTANOVA
Ankara