Oslo aeroportunda Fransanın “IDEMIA” şirkəti tərəfindən hazırlanmış “MorphoFace” adlı sifətin tanınması sistemi tətbiq edilib. Sözügedən sistem avtomatlaşdırılmış sərhəd nəzarət-buraxılış məntəqələri avadanlığının bir hissəsi olub.
Bundan əvvəl “MorphoFace” sistemi Yeni Zelandiya və Sinqapurun Çanqi aeroportunun yeni “T4” terminalında uğurla tətbiq edilib. Sistem həmin aeroportlarda reysləri avtomatik qeydə almağa xidmət edir. Avropada ilk dəfə Oslo aeroportu “MorphoFace” adlı sifətin tanınması sistemi ilə təchiz edilib.
Yeni sistem Norveç paytaxtının aeroportunda sərhəd nəzarət məntəqələrinin buraxılış qabiliyyətini artıraraq köhnə infrastrukturu əvəz edəcək.