Azərbaycan

5 avqust 1895 – Opera müğənnisi, Xalq artisti Məmmədtağı Abbas oğlu Bağırov (1895 - 16.4.1961) anadan olub.

5 avqust 1950 – Yazıçı-publisist Rafiq Nəzir oğlu Tağı (1950-2011) Masallı rayonunun Xaççobanlı kəndində doğulub.

5 avqust 1958 – Folklorşünas, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Məhərrəm Paşa oğlu Qasımlı Tovuz rayonunun Alakol kəndində anadan olub. Aşıq sənətinə dair araşdırmaların, şeirlərin  müəllifidir. 2016-cı ildən Azərbaycan Aşıqlar Birliyinin sədridir.

5 avqust 1958 – Xalq rəssamı Sakit Qulam oğlu Məmmədov Neftçala şəhərində anadan olub. Əsərləri xaricdə məşhur adamların şəxsi kolleksiyalarında, Vatikan muzeyində saxlanılır. UNESCO nəzdində Rəssamlar Federasiyasının üzvüdür.

 

6 avqust 1939 – İlk azərbaycanlı kinorejissorlardan olan Səməd Mərdanov (22.9. 1909 - 1939) vəfat edib. 1939-cu ildə çəkdiyi “Kəndlilər” bədii filmi Azərbaycan kinosunun “qızıl fondu”na daxildir. Görkəmli aktyor Mustafa Mərdanovun qardaşıdır.

6 avqust 1998 – Prezident Heydər Əliyev “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda mətbuat üzərində senzuraya son qoyulub, Nazirlər Kabineti yanında Mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən Baş idarə (“Qlavlit”) ləğv edilib.

 

7 avqust 1930 - Milli təsviri sənətimizin görkəmli nümayəndəsi, Azərbaycanın və  SSRİ-nin Xalq rəssamı, dövlət mükafatları laureatı Toğrul Fərman oğlu Nərimanbəyov (1930 - 2.6.2013) Bakıda anadan olub. Natürmort, portret, mənzərə və s. janrlarda əsərlərin, monumental freskaların (Azərbaycan Dövlət Kukla Teatrının binası) müəllifidir. Teatr və balet tamaşalarına bədii tərtibat verib, “Dədə Qorqud” filminə rəsmlər çəkib. Parisdə vəfat edib, Passi qəbiristanlığında dəfn olunub.

7 avqust 1931 – Xalq artisti Rəfiqə Hacı qızı Axundova anadan olub. Opera və Balet Teatrının solisti, baş baletmeysteri olub. Əsas partiyaları: Gözəllər gözəli (“Yeddi gözəl”, Q.Qarayev), Şirin (“Məhəbbət əfsanəsi”, A.Məlikov), Jizel (“Jizel”, A.Adan) və s. 

8 avqust 1936 – Tarixçi alim, AMEA-nın müxbir üzvü Fəridə Cəfər qızı Məmmədova Şirvan şəhərində anadan olub. Qafqaz Albaniyası və Azərbaycanda xristianlığın tarixinə dair tədqiqatların müəllifidir.

8 avqust 1948 – Xalq artisti Rasim Əhməd oğlu Balayev Ağsu rayonunda anadan olub. “Nəsimi”, “Qatır Məmməd”, “Dədə Qorqud”, “Babək”, “Gözlə məni”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı”, “Küçələrə su səpmişəm”, “Cavid ömrü” və s. ekran əsərlərində yaddaqalan obrazlar yaradıb. “Özbəkfilm”, “Mosfilm” və başqa studiyalarda filmlərə çəkilib.

8 avqust 1948 – Tanınmış müğənni Akif İslamzadə Bakının Buzovna kəndində doğulub. Azərbaycan Televiziyası və Radiosunun simfonik orkestrinin solisti olub. “Qərib cinlər diyarında”, “Tənha narın nağılı” və s. filmlərdə mahnıları ifa edib.

 

9 avqust  1954 – Xalq artisti, tarzən Möhlət Müslümov Bakıda anadan olub. Azərbaycan Milli Konservatoriyasının professoru, Azərbaycan Televiziyası və Radiosunun Ə.Bakıxanov adına xalq çalğı alətləri ansamblının bədii rəhbəridir.

9 avqust 1979 – Yazıçı Yusif Şirvan (Yusif Əsgər oğlu Əsgərov; 26.12.1910 -1979) vəfat edib. Əsərləri: “Buludlar dağılır”, “Sularda yanğın”, “Lalə dəstəsi” və s. Rus dilindən tərcümələr edib.

 

10 avqust 1910 – Aktyor, rejissor İsmayıl Mahmud oğlu Əfəndiyev (1910 – 30.5.1967) Göyçayda anadan olub. “Arşın mal alan” (1945), “Fətəli xan”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Kölgələr sürünür” filminə quruluş (Ş.Şeyxovla birgə) verib.

10 avqust 1913 – Xalq rəssamı Kazım Məmmədəli oğlu Kazımzadə (1913 - 6.10. 1992) anadan olub. Opera tamaşaları («Leyli və Məcnun», «Koroğlu») və filmlərin (“Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim”, “Qanun naminə”, “Əhməd haradadır?”, “Qanlı zəmi” və s.) geyim üzrə rəssamı olub.

10 avqust 1949 – Xalq artisti Qəndab Nəbi qızı Quliyeva (1949 – 26.6.2017) Füzuli rayonunun Dilağarda kəndində doğulub. Opera tamaşalarında Leyli, Əsli (“Leyli və Məcnun”, “Əsli və Kərəm” - Ü.Hacıbəyli), Ərəbzəngi (“Şah İsmayıl” - M.Maqomayev) və s. partiyaları ifa edib.

10 avqust 1936 – Yazıçı, şair, filosof Əlisa Nicat (Əlisa Qulam oğlu Hüseynov) Lerik rayonunun Yuxarı Gədik kəndində doğulub. “Qızılbaşlar”, “Gəncəli müdrik” romanları, “Zərdüşt”, “Sasanilərin sonu” və s. tarixi əsərlərin, “Dünya tarixçiləri”, “Tarixin qürubu” və s. kitabların müəllifidir.

10 avqust 1946 – Nasir, tərcüməçi Aydın Ələkbər oğlu Abdullayev (1946 - 15.12.1995) anadan olub.

 

Dünya

 

5 avqust 1844 – Rus boyakarı və qrafiki İlya Yefimoviç Repin (1844-1930) anadan olub. Məşhur əsərləri: “Burlaklar Volqada”, “Tövbədən imtina”, “İvan Qroznı və oğlu İvan” və s.

5 avqust 1850 – Fransız yazıçısı Gi de Mopassan (Henry Rene Albert Guy de Maupassant; 1850 - 6.7.1893) anadan olub. Romanları: “Həyat”, “Əziz dost”, “Pyer və Jan”, “Arzu alovu”; novellaları: “Mademauzel Fifi”, “Boyunbağı”, ”Məhəbbət təcrübəsi” və s.

5 avqust 1860 – İngilis rəssamı Luis Ueyn (Louis William Wain, 1860-1939) anadan olub.

5 avqust 1906 – Amerika rejissoru Con Hyuston (John Marcellus Huston, 1906-1987) anadan olub. İki dəfə «Oskar» mükafatı laureatıdır: “Kazino “Royal” və “Çin məhəlləsi” filmləri.

5 avqust 1987 – Rus aktyoru, SSRİ Xalq artisti Anatoli Papanov (31.10.1922 - 1987) vəfat edib. Çəkildiyi filmlər: “Dirilər və ölülər”, “Avtomobildən qorun”, “Brilyant əl”, “12 stul” və s. 

 

6 avqust 1809 – İngilis şairi Alfred Tennison (Alfred Tennyson, 1809-1892) anadan olub.

6 avqust 1868 – Fransız yazıçısı, şair, dramaturq Pol Klodel (Paul Claudel, 1868-1955) anadan olub. Əsərləri: “Qızıl baş”, “Girov”, “Boyat çörək”.

6 avqust 1899 – Gürcü aktyoru və rejissoru, SSRİ Xalq artisti Akaki Vasadze (1899-1978) anadan olub. Filmləri: “Böyük ustadın sağı”, “Ayın oğurlanması”.

6 avqust 1931 – İtalyan rejissoru Umberto Lensi (Umberto Lenzi; 1931-2017) anadan olub. Qorxu filmlərinin (“Qarabasmalı ev”, “Zombilər şəhəri”) müəllifi kimi tanınıb.

6 avqust 1953 – Hind rejissoru Umeş Mehra (Umesh Mehra) anadan olub. Filmləri: “Cəngəllik qanunu ilə”, “Məhəbbətin torları”, sovet-hind istehsalı olan “Məhəbbət haqqında əfsanə”, “Əlibaba və 40 quldurun macəraları” (rej. Lətif Fayziyevlə birgə).

 

7 avqust 1867 – Alman ekspressionist rəssamı Emil Nolde (Hansen; 1867-1956) anadan olub.

7 avqust 1911 – Amerika aktyoru və kinorejissoru Nikolas Rey (Nicholas Ray, 1911-1979) anadan olub. “İdealsız üsyankar” filminə görə “Oskar” mükafatı alıb.

7 avqust 1947 – Moldavan (rumın) əsilli məşhur estrada müğənnisi, Ukrayna, Moldova və SSRİ-nin Xalq artisti Sofiya Rotaru Ukraynanın Çernovitski vilayətində anadan olub.

 

8 avqust 1937 – Amerika aktyoru Dastin Hoffman (Dustin Lee Hoffman) anadan olub. Filmləri: “Yağış adamı” (“Oskar” mükafatı), “Tutsi”, “Epidemiya”, “Kramer Kramerə qarşı” (“Oskar”) və s.

8 avqust 1943 – Rusiya kinorejissoru, prodüser Yuli Qusman Bakıda anadan olub. Filmləri: “Qorxma, mən səninləyəm” (“Azərbaycanfilm”), “Bir ailə üçün bağ evi” və s.

 

9 avqust 1899 – Avstraliya əsilli ingilis yazıçısı Pamela Trevers (Pamela Lyndon Travers - əsl adı Helen Lyndon Goff; 1899-1996) anadan olub. «Meri Poppinsin macəraları» seriyasından əsərlərin müəllifidir.

9 avqust 1963 – Amerika müğənnisi Uitni Hyuston (Whitney Elizabeth Houston; 1963 - 11.2.2012) anadan olub. Dəfələrlə “Qremmi” və “Emmi” mükafatı qazanıb.

9 avqust 1975 – Görkəmli rus bəstəkarı, pedaqoq Dmitri Şostakoviç (25.9.1906 - 1975) vəfat edib. “Mtsen qəzasının ledi Makbeti” operasının, “Qızıl əsr”, “İşıqlı bulaq” və s. baletlərin, dünya musiqi xəzinəsinə daxil olan 15 simfoniyanın müəllifidir. Filmlərə (“Ovod”, “Hamlet”) musiqi yazıb.

 

10 avqust 1845 – Qazax klassik ədəbiyyatının banisi, maarifçi şair Abay (əsl adı İbrahim Kunanbayev; 1845-1904) anadan olub. “Qara söz” adlı 45 pritça və fəlsəfi traktatdan ibarət poema ədibin ən böyük əsəridir.

10 avqust 1895 – Rus şairi və yazıçısı Mixail Zoşenko (1895-1958) anadan olub. Əsərləri: “Qaytarılmış gənclik”, “Taras Şevçenko” povestləri və s.

10 avqust 1902 – Kanada aktrisası, “Oskar” mükafatı laureatı Norma Şirer (Edith Norma Shearer, 1902-1983) anadan olub.

10 avqust 1912 – Braziliya yazıçısı Jorji Amadu (Jorge Amado, 1912-2001) anadan olub. Romanları: “Möcüzələr köşkü”, “Müqəddəsin yox olması”, “Qumsallıq kapitanları” və s.

10 avqust 1960 – İspan aktyoru Antonio Banderas (Jose Antonio Dominguez Bandera) anadan olub. Filmləri: “Mambo kralları”, “Muzdlu qatillər”, “Evita”, “Zorronun maskası”, “Tale qadını” və s.

10 avqust 1960 – Gürcü aktyoru Mamuka Kikaleyşvili (1960 - 3.5.2000) anadan olub. Azərbaycanda rejissor Vaqif Mustafayevin «Yaramaz» filmində (Hətəm), Rusiyada “Pasport”, “Deribasov küçəsində hava yaxşıdır” və s. filmlərdə çəkilib.

Hazırladı:  Vüqar ORXAN