Adı əfsanəyə dönmüş Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin qeyri-adi şücaəti unudulmazdır. Onun haqqında söhbət düşəndə əksəriyyət əsl adı və soyadından çox faşistlərin canına lərzə salan “Mixaylo” sözünü işlədir.

Azərbaycan Respublikasının Prezidenti 23 iyun 2018-ci il tarixdə Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Bununla əlaqədar, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində “Əfsanəvi Mixaylo” sərgisi  təşkil olunub.

Sərgi kitabxanaya gələn oxucular tərəfindən böyük  maraqla qarşılanır. Mehdi Hüseynzadənin 100 illiyinə həsr olunmuş tədbirlər davam etdiriləcək.