Misirdə məzarlıqda aşkarlanıb
Misirin paytaxtı Qahirə yaxınlığındakı Sakkara rayonunda yerləşən məzarlıqdakı əşyaları araşdıran italiyalı alimlər dünyada ən qədim – 3200 yaşı olan pendir aşkar ediblər.
Qahirə Universiteti ilə birlikdə aparılan araşdırmalara görə, alimlər mal, qoyun və keçi südündən hazırlanan pendirin eramızdan əvvəl 1290–1213-cü illərdə istehsal edildiyi qənaətinə gəliblər.
Qeyd olunur ki, qədim misirlilər o dünyanın varlığına inandıqlarından, dəfn olunan adamların yanında məişət əşyaları, yemək, içki və s. basdırırdılar.