Amerikalı müğənni Teylor Svift britaniyalı həmkarı Adelin “YouTube”dakı rekordunu yeniləyib.
Müğənninin “Look What You Made Me Do” klipi bir sutka ərzində 28 milyon baxış yığıb.
Qeyd edək ki, bundan əvvəlki rekord Adelə məxsus olub. Onun 2015-ci ildə yayımlanmış “Hello” klipinə bir sutka ərzində 27,7 milyon insan baxıb.
* * *
Dünyanın ən çox izlənən serialları arasında yer alan və Amerika istehsalı olan “Taxt-tac oyunu”nun yeddinci mövsümünün son epizodu da baxış sayına görə rekord vurub.
Televiziya və internet kanalları üzərindən serialın son epizodunu 16,5 milyon tamaşaçı izləyib.
“Əjdaha və canavar” adlı epizodun müddəti 80 dəqiqə təşkil edib ki, bu da serial tarixində ən uzun epizod olub.
“Taxt-tac oyunu” serialı 2015-ci ildə ABŞ-dakı film çəkilişlərinə görə “Emmy” mükafatlara layiq görülüb.