Azərbaycan Yazıçılar Birliyinin  üzvü, bir sıra ədəbi mükafatlar laureatı, istedadlı şair Fəxrəddin Teyyubun adı oxucu kütləsinə yaxşı tanışdır. O, ədəbi aləmə ilk qədəmini doğulub boya-başa çatdığı Lənkəranda çıxan “Leninçi” (indiki “Lənkəran”) qəzetində atmışdır. Bu gün də imzası dövri mətbuat səhifələrində görünür, şeirləri maraqla qarşılanır.

Şairin “Elm və təhsil” nəşriyyatında yeni çapdan çıxan şeirlər kitabı “Mən səninlə barışmaram...” adlanır. Kitabın redaktoru və ön söz yazanı “Ulduz” jurnalının əməkdaşı, Prezident mükafatçısı Fərqanə Mehdiyevadır. O, bildirir ki, hiss, duyğu, ovqat şairi olan, şəxsiyyəti ilə yaradıcılığı üst-üstə düşən Fəxrəddin Teyyub üçün mövzu qıtlığı yoxdur, hər şeiri bir mövzudur.

Müəllifin yeni kitabında yurdun əməksevər insanları, bənzərsiz təbiəti ilhamla tərənnüm olunur.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü