Sentyabrın 20-dən 22-dək Türkiyənin Qaziantəp şəhərində Beynəlxalq qastronomiya festivalı keçiriləcək.
Festivalda 40 ölkədən mütəxəssislər iştirak edəcək. Festival çərçivəsində iştirakçı ölkələrin mətbəxi ilə yanaşı, Qaziantəpin zəngin mətbəxi və sahib olduğu mədəni irsi təqdim ediləcək.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Səyahət Agentlikləri Birliyi və (TURSAB) Türk Hava Yolları (THY) təşkilatlarının dəstəyi ilə keçirilən festivala yerli və xarici səyyahlar da maraq göstərir. Qaziantəpə festival öncəsi çoxsaylı turistlərin gələcəyi də gözlənilir.
Qaziantəp 2017-ci ildə yarım milyon turist qəbul edib. Bu ilin ilk 6 ayında şəhərin qarşıladığı qonaqların sayı 800 minə çatıb.