Azərbaycan
10 oktyabr 1911 – Ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Abbas Fəttah oğlu Zamanov (1911-1993) Naxçıvanın Şərur rayonunda anadan olub.
10 oktyabr 1935 – Əməkdar incəsənət xadimi, şair Həmid Abbas (Həmid Məmmədəli oğlu Abbasov; 1935-1999) anadan olub. Bir çox şeirlərinə mahnılar bəstələnib.
10 oktyabr 1935 – Şair, dramaturq Şəkər Aslan (Şəkər Mirzə oğlu Aslanov; 1935-1995) Lənkəran rayonunda anadan olub.
10 oktyabr 1939 – Şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida Nəsir qızı İmanquliyeva (1939-1992) Bakıda doğulub. Azərbaycan EA Şərqşünaslıq İnstitutunun “Ərəb filologiyası” şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, direktoru olub. “Qələmlər birliyi”, “Yeni ərəb ədəbiyyatının korifeyləri” və s. monoqrafiyaların müəllifidir.
11 oktyabr 1938 - Yazıçı, tərcüməçi Emil Güləli oğlu Ağayev (1938-2016) anadan olub. “Qara gölün cəngavərləri” bədii filminin ssenari müəllifidir.
11 oktyabr 1983 – Xalq yazıçısı Süleyman Rəhimov (10.12.1900 - 1983) vəfat edib. “Şamo”, “Saçlı”, “Ağbulaq dağlarında”, “Mehman”, “Medalyon”, “Qafqaz qartalı” və s. əsərlərin müəllifidir.
12 oktyabr 1813 – Rusiya ilə İran arasında müharibənin (1804-1813) başa çatması ilə bağlı Gülüstan sülh müqaviləsi imzalanıb. Qarabağın şimalında (indiki Goranboy rayonu ərazisində) Gülüstan kəndində imzalanan müqaviləyə əsasən, Azərbaycan torpaqları ikiyə bölünüb. Azərbaycanın Araz çayından şimaldakı torpaqları - Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Bakı və Talış (Lənkəran) xanlıqları Rusiya imperiyasının tərkibinə daxil edilib.
12 oktyabr 1990 – Tanınmış saz-söz ustadı, Əməkdar mədəniyyət işçisi, aşıq Mikayıl Cabbar oğlu Azaflı (Zeynalov, 21.3.1924 – 1990) vəfat edib.
12 oktyabr 1997 – “Space” televiziyası yayıma başlayıb.
Dünya
10 oktyabr 1813 – İtalyan bəstəkarı Cüzeppe Verdi (Giuseppe Fortunino Francesco Verdi; 1813-1901) anadan olub. “Riqoletto”, «Traviata», «Aida» operaları dünya musiqi xəzinəsinə daxildir.
10 oktyabr 1892 – Serb-xorvat yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1961) laureatı İvo Andriç (1892-1975) anadan olub. Romanları: “Drin üzərində körpü”, “Travnisk xronikası” və s.
10 oktyabr 1913 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1985) laureatı Klod Simon (Claude Simon, 1913-2005) anadan olub. Əsərləri: “Farsal döyüşü”, “Flandriya yolları”, “Qadınlar”.
10 oktyabr 1930 – İngilis dramaturqu, ssenarist, şair, ədəbiyyat üzrə Nobel mükafatı (2005) laureatı Harold Pinter (1930-2008) anadan olub. Pyesləri: “Məşuq”, “Evə qayıdış”, “İtirilmiş zamanın axtarışında”.
11 oktyabr 1885 – Fransız yazıçısı, şair və dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı (1952) laureatı Fransua Moriak (François Mauriac, 1885-1970) anadan olub. “Məhəbbət səhrası”, “İlan yığnağı”, “Allah və Mammon”, “Quzu” romanları, “Asmodey” pyesi və s. əsərlərin müəllifidir.
11 oktyabr 1894 – Alman əsilli rus yazıçısı Boris Pilnyak (Boray; 1894-1938) anadan olub. Əsərləri: “Ac il”, “Duz anbarı”, “Volqa Xəzər dənizinə tökülür”, “Sönməmiş ayın povesti” və s. Repressiya qurbanı olub.
11 oktyabr 1942 – Məşhur hind aktyoru Amitabh Baççan (Amitabh Bachchan) anadan olub.
12 oktyabr 1896 – İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1975) laureatı Eugenio Montale (Eugenio Montale, 1896-1981) anadan olub.
12 oktyabr 1935 – İtalyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti, 1935-2007) anadan olub.
Hazırladı: Vüqar ORXAN