Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycan nitq mədəniyyəti” kitabı “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə çap edilib. Kitabın müəllifləri akademik Nizami Cəfərov, Samirə Mərdanova və Aysel Qəriblidir.

Kitabda Azərbaycan nitq mədəniyyətinin tarixi araşdırılır, görkəmli söz ustalarının bu istiqamətdə apardığı mübarizənin məram və məqsədləri təhlil edilərək nəzəri və praktik baxımdan ümumiləşdirilir.

Nitq mədəniyyətinin linqvostilistik prinsipləri barədə geniş məlumat verilən kitabda müasir Azərbaycan ədəbi dilinin yüksək mədəni inkişaf səviyyəsi barədə də aydın təsəvvür yaradılır. Qeyd olunur ki, bu inkişafın əsasları ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş mükəmməl dövlət dil siyasəti dayanır.