Yazıçı-dramaturq Elçin Hüseynbəylinin “Qarabağ hekayələri” silsiləsindən olan “Gözünə gün düşür” kitabı “Yeni poliqrafist” nəşriyyatında çapdan çıxıb.

Kitaba müəllifin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 16 hekayəsi, bir povesti və bir pyesi daxil edilib.

Qeyd edək ki, daim Qarabağ mövzusuna müraciət edən müəllif ilk hekayəsini (“Küləkli çöl”) 1989-cu ildə qələmə alıb. Hekayə 1991-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub. Bu silsilədən axırıncı hekayəsi (“Sevgiylə döyüşmək”) bu ilin aprelində nəşr edilib.