Oktyabrın 14-də İçərişəhərdəki “Art Tower” qalereyasında açıq havada “Böyük Britaniya Azərbaycan rəssamlarının gözü ilə” adlı plener keçirilib.
Tədbir Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin təşəbbüsü, Mədəniyyət Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” təşkilatının birgə dəstəyi ilə təşkil olunub.
Plenerdə Böyük Britaniyanın adət və ənənələri, mədəniyyəti, eləcə də təbiəti təcrübəli və gənc rəssamlar tərəfindən tablolara köçürülüb.