Azərbaycan Tərcümə Mərkəzinin müasir dünya ədəbi proseslərini işıqlandıran “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi işıq üzü görüb.

Jurnalın bu nömrəsində “Nobel kürsüsü” rubrikasında Yorqos Seferisin şeirləri, “Yubiley” rubrikasında Afaq Məsudun şairə həsr edilmiş essesi və Vaqif Bayatlı Odərin şeirləri yer alıb.

Nəşrin digər rubrikalarında Lao Tszının “Dao de Dzin” əsəri, Karlos Fuentesin “Aura” hekayəsi, Adonis (Әli Әhməd Səid İbsir), Vilya-Tuliya Huotarinen və Katarina Vuopunenin şeirləri, Simon Vestdeyk və Olqa Tokarçukun hekayələri, Haynrix Böllün “Kişisiz ev” romanının davamı, Ernest Heminqueyin “Həmişə səninlə olan bayram”, Covanino Quareskinin “Don Kamillonun kiçik dünyası” əsərləri oxuculara təqdim edilib.