Səməd Vurğunun ev-muzeyində görkəmli şair, dramaturq Vaqif Səmədoğlunun “Şair kimi yox, şeir kimi ölmək istəyirəm” kitabının təqdimatı keçirilib.

Səməd Vurğun 1948-ci ildə Polşanın Vrotslav şəhərində Sülhü müdafiə edən elm və mədəniyyət xadimlərinin Dünya konqresində iştirak edib və  ilk Azərbaycan şairidir ki, 1951-ci ildə Varşavada polyak dilində “Zəncinin arzuları” kitabı nəşr edilib. Onun “Fərhad və Şirin” dramı mövzusunda polyak alimi Maria Emilia Zayançikovsi tərəfindən doktorluq işi yazılıb.

Tədbirdə Polşanın Azərbaycanda səfirinin müavini Andjey Yankovskiy, şair və yazıçılar iştirak edib.