Azərbaycan

 

13 noyabr 1945 – Xalq artisti Elmira Məhərrəm qızı İsmayılova İrəvanda doğulub. 1968-ci ildə İrəvan teatrında sənət fəaliyyətinə başlayıb, telefilmlərə çəkilib.

13 noyabr 1983 – Kinooperator, Əməkdar incəsənət xadimi Əsgər Cəfər oğlu İsmayılov (1905-1983) vəfat edib. Filmləri: “Qara daşlar”, “Kölgələr sürünür” və s.

 

14 noyabr 1925 – Şair, nasir, publisist Gəray Fəzli (Gəray Fəzli oğlu Alimov; 1925 - 26.12.1995) anadan olub.

14 noyabr 1942 – Xanəndə, Əməkdar artist Sabir Nüsrət oğlu Mirzəyev (1942 - 23.7.2011) Cəlilabad rayonunda anadan olub. İfasında lentə alınan muğam və xalq mahnıları teleradionun “qızıl fond”unda saxlanılır.

14 noyabr 2006 – Estrada müğənnisi, Xalq artisti Oqtay Ağayev (7.11.1934 - 2006) vəfat edib. Azərbaycan Dövlət Estrada Orkestrinin, Azərbaycan Televiziyası və Radiosu Estrada orkestrinin solisti olub.

 

15 noyabr 1927 – Xalq artisti, rəqqasə Xumar Rza qızı Zülfüqarova (1927 – 2.7.2017) Bakıda doğulub. Opera və Balet Teatrının solisti, Dövlət Mahnı və Rəqs Ansamblının baletmeysteri olub. Bakı Xoreoqrafiya Məktəbində dərs deyib.

15 noyabr 1933 – Ədəbiyyatşünas, professor Firudin Cəlal oğlu Hüseynov (1933 - 31.8.1986) anadan olub.

 

16 noyabr 1938 – Görkəmli aktyor, rejissor, Xalq artisti Abbas Mirzə Şərifzadə (Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə, 12.12.1893 – 1938) dünyasını dəyişib. Milli teatr tarixində müstəsna xidmətlər göstərib. “Bismillah” (1925), “Hacı Qara” (1929) filmlərinin rejissorudur. Repressiya olunub.

16 noyabr 2010 – UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin Nayrobidə (Keniya) keçirilən 5-ci sessiyasında Azərbaycan xalça sənəti “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilib.

 

Dünya

 

13 noyabr 1745 – Fransız xeyriyyəçisi, pedaqoq, korlar üçün ilk əlifbanın müəllifi Valentin Hauy (Valentin Haüy, 1745-1822) anadan olub. Onun doğum günü şərəfinə 13 noyabr “Beynəlxalq gözdən əlillər günü” kimi qeyd olunur.

13 noyabr 1850 – İngilis (şotland əsilli) yazıçı, macəra romanlarının müəllifi Robert Luis Stivenson (Robert Louis Stevenson, 1850-1894) anadan olub. Əsərləri: “Dəfinələr adası”, “Qara ox” və s.

 

14 noyabr 1840 – Fransız rəssamı, impressionizmin banilərindən Klod Mone (Oscar-Claude Monet; 1840-1926) anadan olub. Əsərləri: “Təəssürat. Doğan günəş”, “Kaputsin bulvarı”, “Bağda qadınlar” və s.

14 noyabr 1907 – İsveç yazıçısı Astrid Lindqren (Astrid Anna Emilia Lindgren-Griksson, 1907 – 28.1.2002) anadan olub. Uşaqlar üçün əsərlərin (“Balaca və Karlson”, “Uzuncorab Pippi” və s.) müəllifidir.

14 noyabr 1924 – Məşhur skripkaçı, SSRİ Xalq artisti Leonid Borisoviç Koqan (1924 - 17.12.1982) anadan olub.

 

15 noyabr 1862 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1912) Gerhart Hauptman (Gerhart Johann Robert Hauptmann, 1862 - 6.6.1946) anadan olub. “Atlantida”, “Kabus” romanları, “Tənhalar”, “Kasıb Henrix” və s. pyeslərin müəllifidir.

 

16 noyabr 1717 – Fransız filosofu və mütəfəkkiri, “Elm, incəsənət və peşə ensiklopediyası”nın müəlliflərindən Jan Leron D’Alamber (Jean Le Rond D’Alembert, 1717- 1783) anadan olub.

16 noyabr 1895 – Alman bəstəkarı və dirijoru, musiqi nəzəriyyəçisi Paul Hindemit (Paul Hindemith, 1895-1963) anadan olub.

Hazırladı:  Vüqar ORXAN