Azərbaycan
11 dekabr 1918 - Xalq yazıçısı Bayram Salman oğlu Bayramov (1918 – 9.11.1994) Ağdam rayonunda anadan olub. “Arakəsmələr”, “Karvan yolu” və s. romanların, “Mən ki gözəl deyildim”, “Onun bəlalı sevgisi” filmlərinin ssenari müəllifidir.
12 dekabr 1893 – Görkəmli aktyor, rejissor, Xalq artisti Abbas Mirzə Şərifzadə (1893 - 16.11.1938) Şamaxıda doğulub. Teatr tariximizdə böyük xidmətlər göstərib. “Bismillah” (1925), “Hacı Qara” (1929) filmlərinin rejissoru olub. Repressiya qurbanıdır.
12 dekabr 1926 – Əməkdar mədəniyyət işçisi Aşıq Pənah (Əlipənah Ələsgər oğlu Pənahov; 1926 - 26.8.1978) Salyan rayonunda doğulub.
12 dekabr 1937 – Şair, tərcüməçi Əhəd Muxtar (Əhədulla Muxtar oğlu Qənbərov; 1937 - 23.5.1998) Astara rayonunun Kakalos kəndində anadan olub.
12 dekabr 1945 – Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında inqilab qələbə çalıb. Cənubi Azərbaycan Demokratik Respublikasının yarandığı elan olunub. Cənubda milli hökumət bir il sonra, 1946-cı ilin dekabrında süqut etdi.
12 dekabr 1968 – Xalq artisti Mustafa Həşim oğlu Mərdanov (28.2.1894 - 1968) vəfat edib.
12 dekabr 2002 – Xalq şairi Cabir Novruz (Cabir Mirzəbəy oğlu Novruzov; 12.3.1933 - 2002) vəfat edib.
12 dekabr 2007 – Xalq yazıçısı Hüseyn Abbas oğlu Abbaszadə (22.11.1922 - 2007) vəfat edib.
13 dekabr 1929 – Şərqşünas alim, professor Saleh Əliyev (1929 - 21.11.2006) Gəncədə anadan olub.
13 dekabr 1937 – Əməkdar memar Abbas Abbas oğlu Ələsgərov Bakıda doğulub. Azərbaycan Memarlar İttifaqının sədri (2007-2012) olub.
14 dekabr 1915 – Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudov (1915 - 9.6.1989) Tiflisdə anadan olub.
14 dekabr 1927 – Kristalloqrafiya sahəsində məşhur alim, ədəbiyyatşünas, Azərbaycan EA-nın müxbir üzvü Xudu Məmmədov (1927 - 15.10.1988) Ağdamın Mərzili kəndində anadan olub.
14 dekabr 1929 – Ədəbiyyatşünas, tərcüməçi Dilarə Ələkbər qızı Əliyeva (1929-1991) Tiflisdə doğulub.
14 dekabr 2011 – Xalq artisti Qədir Çərkəz oğlu Rüstəmov (20.11. 1935 - 2011) vəfat edib.
Dünya
11 dekabr 1803 – Fransız bəstəkarı Hektor Berlioz (Louis-Hector Berlioz, 1803 - 8.3.1869) anadan olub. Əsərləri: “Fantastik simfoniya”, “Benvenuto”, “Çellini” operaları və s.
11 dekabr 1890 – Argentina müğənnisi, tanqo rəqqası Karlos Qardel (Carlos Gardel; 1890-1935) anadan olub. Onun şərəfinə 11 dekabr bir sıra ölkələrdə “Beynəlxalq tanqo günü” kimi qeyd olunur.
11 dekabr 1913 – Fransız aktyoru, rəssam Jan Mare (Jan Alfred Villen-Mare; 1913 - 8.11. 1998) anadan olub.
11 dekabr 1918 – Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1970) Aleksandr İsayeviç Soljenitsin (1918 - 3.8.2008) anadan olub. “Xərçəng korpusu”, “Birinci dairədə”, “Arxipelaq QULAQ” və s. romanların müəllifidir.
12 dekabr 1821 – Fransız yazıçısı Qustav Flober (Gustave Flaubert; 1821 - 8.5.1880) anadan olub. “Madam Bovari”, “Salambo”, “Hislərin tərbiyəsi” və s. romanların müəllifidir.
12 dekabr 1915 – Amerika müğənnisi, aktyor Frenk Sinatra (Francis Albert Sinatra; 1915 - 14.5.1998) anadan olub.
12 dekabr 1928 – Qırğız yazıçısı Çingiz Aytmatov (1928 - 10.6.2008) anadan olub. “Cəmilə”, “Əlvida, Gülsarı!”, “Ağ gəmi”, “Əsrə bərabər gün”, “Edam kötüyü”, “Dağlar düşəndə” və s. əsərlərin müəllifidir.
12 dekabr 1941 – Rusiyanın Xalq artisti Vitali Solomin (1941-2002) anadan olub.
13 dekabr 1720 - İtalyan dramaturqu, nağıl-pyeslərin müəllifi Karlo Qotsi (Carlo Gozzi; 1720 - 1806) anadan olub.
13 dekabr 1797 - Yəhudi əsilli alman şairi, yazıçı, ədəbiyyatşünas Henrix Heyne (Christian Johann Heinrich Heine; 1797 - 17.2.1856) anadan olub.
14 dekabr 1895 – Fransız şairi, poeziyada dadaizm və sürrealizmin banilərindən biri Pol Eluyar (Paul Eluard - Eugene Emile Paul Grindel; 1895-1952) anadan olub.
14 dekabr 1924 – Hind aktyoru, rejissor Rac Kapur (Raj Kapoor; 1924 - 2.6.1988) anadan olub.
Hazırladı: Vüqar ORXAN