Azərbaycan

15 dekabr 1905 – Rəssam, Əməkdar incəsənət xadimi Reyhan İbrahim qızı Topçubaşova (1905 - 5.3.1970) Qubada anadan olub.

15 dekabr 1909 – Xalq rəssamı Səttar Bəhlul oğlu Bəhlulzadə (1909 - 14.10.1974) Bakının Əmircan kəndində doğulub.

15 dekabr 1910 – Tarixçi alim, akademik İsmayıl Abbas oğlu Hüseynov (1910 - 8.11.1969) anadan olub.

15 dekabr 1912 – Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı İsmayıl qızı Rzayeva (1912 - 4.7.1975) anadan olub.

15 dekabr 1913 – Tarix elmləri doktoru, ictimai xadim Kamran Əsəd oğlu Hüseynov (1913 - 20.4.2006) Qubadlı rayonunun Çərəli kəndində doğulub.

15 dekabr 1924 – Xalq şairi Hüseyn Arif (Hüseyn Camal oğlu Hüseynzadə; 1924 - 14.9.1992) Ağstafa rayonunun Yenigün kəndində anadan olub.

15 dekabr 1946 – Şair, tərcüməçi Ramiz Rövşən (Ramiz Məmmədəli oğlu Əliyev) Bakının Əmircan kəndində doğulub.

 

16 dekabr 1898 – Xalq rəssamı Qəzənfər Ələkbər oğlu Xalıqov (1898-1981) anadan olub. 

16 dekabr 1922 – Ədəbiyyatşünas, Əməkdar mədəniyyət işçisi İmran Sultan oğlu Seyidov (1922-2001) Qubada doğulub.

16 dekabr 1927 – Tarixçi alim, akademik Cəmil Bahadur oğlu Quliyev (1927-2010) Ağdamda doğulub.

16 dekabr 1934 – Şair və tərcüməçi Tofiq Qulam oğlu Bayram (1934 - 18.4.1991) Bakının Əmircan kəndində anadan olub.

16 dekabr 1935 – Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru İmruz Məmməd Sadıx qızı Əfəndiyeva anadan olub.

16 dekabr 1979 – Məşhur cazmen, bəstəkar, caz-muğamın yaradıcısı Vaqif Mustafazadə (16.3.1940 - 1979) vəfat edib.

 

17 dekabr 1905 – Şair Osman Sarıvəlli (Osman Abdulla oğlu Qurbanov; 1905 - 3.7.1990) Qazax rayonunun Şıxlı (Sarıvəlli) kəndində anadan olub.

17 dekabr 1924 – Filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü Şirməmməd Hüseynov Şəkidə anadan olub.

17 dekabr 1993 – Xalq yazıçısı, dramaturq, ictimai xadim Mirzə Əjdər oğlu İbrahimov (28.10.1911 - 1993) vəfat edib.

 

Dünya

 

15 dekabr 1798 – İtalyan şairi Antonio Qvandanoli (Antonio Guadagnoli; 1798- 1858) anadan olub.

 

16 dekabr 1770 – Alman bəstəkarı, dirijor və pianoçu Lüdviq van Bethoven (Ludwig van Beethoven; 1770 - 26.3.1827) anadan olub.

16 dekabr 1775 – İngilis realist ədəbiyyatında “qadın romanları”nın banisi Ceyn Ostin (Jane Austen; 1775-1817) anadan olub.

16 dekabr 1866 – Rus rəssamı, təsviri sənətdə abstraksionizmin banilərindən Vasili Kandinski (1866 - 1944) anadan olub.

 

17 dekabr 1830 – Fransız yazıçısı Jül de Qonkur (Jules de Goncourt; 1830 - 20.6.1870) anadan olub.

17 dekabr 1893 – Alman teatr rejissoru və nəzəriyyəçisi Ervin Piskator (Erwin Piscator; 1893 - 1966) anadan olub.

Hazırladı:  Vüqar ORXAN