Yarımçılpaq, yaxud çılpaq vəhşi afrikalı: bu, XX əsrin əvvəlində Afrika qitəsinin Belçika xalqı arasında təbliğ edilən obrazıdır. Hətta 1897-ci ildə Dünya sərgisi üçün Belçikada Mərkəzi Afrika Kral Muzeyi də açılıb.
Belçikanın müstəmləkəsi olan Konqodan eksponatların nümayiş etdirildiyi bu muzeydə hər addımbaşı irqi ayrı-seçkilik qabardılıb.
Müasir belçikalılar isə bir vaxtlar ölkələrində afrikalıların bu şəkildə təbliğ edilməsinə görə xəcalət çəkirlər. Mərkəzi Afrika Kral Muzeyi on il əvvəl yenidənqurma işləri üçün bağlanıb. Yenidənqurma vaxtilə müstəmləkəçilik qaydalarının tərənnüm edildiyi bu binada konqoluların istismarını və müstəmləkəçilər tərəfindən yol verilmiş digər sui-istifadə hallarını ifşa etmək məqsədilə aparılıb.
İndi yenilənmiş sərgi salonunda konqolu heykəltəraşın heykəlləri qoyulub. Kral II Leopoldun büstü yanında isə bu lövhə vurulub: “Kral tərəfindən nəzarət edilən kauçuk və fil sümüyü ticarəti konqoluların həyatı bahasına başa gəlib”.